Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın keçmiş Prezidentini qəbul etmişdir VIDEO
Bakı, 6 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Latviyanın keçmiş Prezidenti Valdis Zatlersi qəbul etmişdir.
Görüşdə Bakıda keçiriləcək Birinci Cənubi Qafqaz Forumunun önəmi qeyd olundu.
Söhbət zamanı Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafı məmnunluqla vurğulandı.