AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV NYU-YORKA YOLA DÜŞMÜŞDÜR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 59-cu sessiyasında iştirak etmək üçün sentyabrın 22-də Nyu-York şəhərinə yola düşmüşdür.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.