RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN FÖVQƏLADƏ HALLAR NAZİRİ SERGEY ŞOYQUNU QƏBUL ETMİŞDİR
![AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN FÖVQƏLADƏ HALLAR NAZİRİ SERGEY ŞOYQUNU QƏBUL ETMİŞDİR](/files/2006/2/1200x630/14905979904270022778_1200x630.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da Prezident sarayında Rusiya Federasiyasının fövqəladə hallar naziri Sergey Şoyqunu qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycanın və Rusiyanın müvafiq nazirlikləri və strukturları arasında əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə olundu.
Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin yenicə yaradılmasına baxmayaraq, dövlət tərəfindən bu sahəyə böyük qayğı, diqqət göstərildiyi və nazirliyin tam yüksək səviyyədə fəaliyyət göstərməsi üçün konkret işlərin görüldüyü vurğulandı. Hər iki ölkənin fövqəladə hallar nazirlikləri arasında əməkdaşlığın Azərbaycan-Rusiya münasibətlərində rol oynadığı bildirildi.