RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV SALMAN CƏFƏROVA “ŞÖHRƏT” ORDENİNİ TƏQDİM ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Prezident sarayında qocaman dövlət qulluqçusu, Prezidentin İcra Aparatının dövlət nəzarəti şöbəsinin keçmiş müdiri Salman Cəfərova dövlət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunduğu “Şöhrət” ordenini təqdim etmişdir.
Prezident İlham Əliyev uzun illər dövlət qulluğunda səmərəli işinə görə Salman Cəfərova bir daha təşəkkür etmiş, ona cansağlığı arzulamışdır.
Əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Salman Cəfərov uzun illər ulu öndər Heydər Əliyevin rəhbərliyi altında işlədiyi dövrü böyük məmnunluqla xatırlamış, dövlət orqanlarında iş sahəsində topladığı təcrübəsini bundan sonra da cavanlarla bölüşməyə hazır olduğunu söyləmişdir.