RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN “EKOVİTRİN” JURNALININ MÜXBİRLƏRİNƏ MÜSAHİBƏ VERMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Prezident sarayında Türkiyənin “Ekovitrin” jurnalının müxbirləri Kamran Abacıoğluna və Şərəf Özata müsahibə vermişdir.
Dövlətimizin başçısı Azərbaycanda sürətli iqtisadi inkişaf, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri, ölkəmizə xarici sərmayələrin qoyulması və bir sıra digər məsələlər barədə suallara ətraflı cavab vermişdir.
Sonra jurnalistlər “Ekovitrin” jurnalı münsiflər heyətinin qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyevin “Avrasiyada ilin siyasət adamı” mükafatına layiq görüldüyü barədə məlumat vermiş və həmin mükafatın bu ilin may ayında dövlətimizin başçısına təqdim olunmasının nəzərdə tutulduğunu bildirmişlər.