Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

-Mən, ilk növbədə, burada nümayəndə heyətimizə göstərilmiş səmimi qonaqpərvərliyə görə Koreya Prezidentinə və bütün koreyalı dostlarımıza minnətdarlığımı bildirmək istəyirəm.
Bu səfər ötən ilin may ayında Koreya Respublikasının Prezidenti Azərbaycana səfər etdikdən sonra ölkələrimiz arasında başlanmış olduqca fəal və güclü dialoqun davamıdır. Tam qısa müddət ərzində ölkələrimiz, habelə işgüzar dairələr arasında bir çox işlər görülmüşdür və bu gün imzalanmış sənədlər tərəfdaşlığımızı davam etdirmək və gücləndirməkdə hər iki tərəfin olduqca böyük marağını sübuta yetirir.
Prezidentlərin imzaladığı Birgə bəyannamə siyasi münasibətlərimizə ümumi baxışı, ikitərəfli əlaqələrə və regional inkişafa dair mövqeyimizi əks etdirir. Bu sənəd müxtəlif sahələrdə olduqca güclü əməkdaşlığımız üçün möhkəm əsasdır.
Biz beynəlxalq hüququn normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tutduğu mövqeyinə görə Cənubi Koreya hökumətinə xüsusilə minnətdarıq. Bu gün apardığımız olduqca geniş müzakirə zamanı biz ikitərəfli münasibətlərimizin bütün vacib elementlərini nəzərdən keçirdik.
Biz enerji sektorunda, neft və qaz əməliyyatları sahəsində, eləcə də Azərbaycandakı infrastruktur layihələrində, informasiya texnologiyaları, daşımalar və bir çox digər sahələrdə fəal şəkildə əməkdaşlıq etməyi planlaşdırırıq.
Biz qeyd etdik ki, Koreya müstəqillik əldə etdikdən sonra çox qısa müddət ərzində olduqca böyük uğurlar qazanaraq ən qabaqcıl texnologiyalara malik olan çox güclü ölkəyə çevrilmişdir. Ona görə də sizin təcrübəniz bizim üçün, yəni Azərbaycan kimi gənc müstəqil ölkə üçün çox maraqlıdır və sizin əldə etdiyiniz uğurları öyrənirik.
Azərbaycan böyük neft və qaz sərvətlərinə malik olan ölkədir, Koreya isə qabaqcıl texnologiyalar ölkəsidir. Burada olduqca tanınmış və peşəkar şirkətlər var və biz ölkələrimizin gələcək iqtisadi inkişafına töhfə verə bilərik. Bu, artıq baş verir.
Olduqca qısa müddət ərzində ölkələrimizin səfirlikləri fəaliyyət göstərməyə başladı. Bizim müzakirələr üçün artıq geniş gündəliyimiz var. Əminəm ki, imzalanmış bir çox anlaşma memorandumları yaxın zamanlarda praktik müqavilələrə zəmin yaradacaqdır. Mən şübhə etmirəm ki, çox qısa müddət ərzində biz əməkdaşlığımızın praktik nəticələrini görəcəyik.
Biz Azərbaycanda ikitərəfli münasibətlərə böyük əhəmiyyət veririk və mən əminəm ki, bu səfərdən sonra əlaqələrimiz daha da möhkəmlənəcəkdir.
Sağ olun.
X X X
Sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər.
-Sualım hər iki prezidentədir. Koreya Respublikası müasir yüksək texnologiyaları ilə tanınan bir ölkədir. Azərbaycan da iqtisadiyyatında yüksək texnologiyaların tətbiqini və bu sahədə əlaqələrin genişləndirilməsini prioritet istiqamətlərdən biri hesab edir. Bu baxımdan ikitərəfli əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?
RO MU HYUN: Əməkdaşlığın xüsusi sahələri barədə təfərrüatla danışmazdan əvvəl, mən Cənubi Koreya ilə Azərbaycanın daha münasib formada işbirliyini mümkün edəcək təkrarolunmaz mühiti və ya xüsusi şəraitləri qeyd etmək istərdim.
Cənubi Koreya bir çox sahələrdə dünyada aparıcı ölkələrdən biri kimi tanınır, lakin ən yüksək standartlara nail olmaq üçün bizim qarşımızda bir neçə sahə var və biz orada hələ də iş aparmalıyıq. Həqiqətdir ki, qabaqcıl sahələrdən bəziləri hətta dünyada yaxşı tədqiq olunmayıbdır. Cənubi Koreyanın təcrübəsi texnologiyalar sahəsində nəinki əladır, eyni zamanda, inkişaf prosesi zamanı əldə olunmuş ən son nailiyyətlərin hamısını özündə əks etdirir. Bununla yanaşı, hazırda ölkədə bir sıra sınaqlar və səhvlər, o cümlədən uğursuzluqlarla yadda qalmış yolda əldə etdiyimiz biliklər mövcuddur.
Cənubi Koreyanın iqtisadi inkişafı zamanı əldə olunmuş təcrübə və texnologiyaların, əsasən, 30 və ya 40 illik tarixi var. Bütün bu təcrübə həm özəl sektorun, həm də hökumətin yaddaşındadır. Bizdən fərqli olaraq, inkişaf etmiş ölkələrdəki bu təcrübənin tarixi 100-150 ildən çoxdur. Onlar öz təcrübəsini həmin müddət ərzində tədricən toplamışlar və lap əvvəlki təcrübələrini yaddan çıxarmışlar.
Mən demək istəyirəm ki, Cənubi Koreya texnologiyaları, sadəcə, biliklərin toplusu deyildir. Onlar marağımız və işə sədaqətliyimizdən irəli gəlir. Hesab edirəm ki, Cənubi Koreya qətiyyətli dövlət rəhbərliyi altında ictimai marağı təşviq etməklə, sürətlə uğurlar qazanmağa ümid bəsləyən hər hansı ölkə üçün yaxşı tərəfdaşa çevrilə bilər.
Cənubi Koreya neft və təbii qaz kimi enerji ehtiyatlarının işlənilməsində dünya miqyaslı texnologiyalara malikdir, baxmayaraq ki, bu fakt hələ də lazımi şəkildə qlobal nüfuz səviyyəsinə qalxmayıbdır. Bundan əlavə, ölkə qətiyyətlə enerji imkanlarını inkişaf etdirməyə çalışır, çünki onun böyük həcmdə enerji resurslarına ehtiyacı var.
Cənubi Koreyanın təcrübəsi və texnologiyaları şosselərin, dəmir yollarının, limanların, elektrik stansiyalarının və gəmiqayırma zavodlarının tikintisi sahəsində lazımi qaydada nümayiş etdirilibdir. Ölkəmiz sərmayələr qoymaqda olduqca maraqlıdır. Şəhərsalma və yaşayış sahələrinin tikintisi sahəsində də zəngin təcrübəsi olan ölkəmiz hazırda yaşayış problemlərini qətiyyətlə aradan qaldırmağa çalışır. Çünki bu, hələ də tam həll olunmayıbdır. İstər inşaat, istərsə də layihə sahələrində, Koreya xalqı onunla birgə işləyən işçilərə etimad göstərir və onlarda böyük maraq oyadır. Koreyalılar digərlərinin ideyalarını müəyyən etmək və inkişafa çalışmaq məqsədi ilə onlara həvəsləndirici müsbət təsir göstərir.
Cənubi Koreya və Azərbaycan intellektual nəqliyyat sistemi və elektron hökumət sahəsində anlaşma memorandumlarını imzaladılar. İnformasiya və kommunikasiya texnologiyaları Azərbaycanla fərəh hissi ilə əməkdaşlıq etmək istədiyimiz sahələrdən biridir.
İLHAM ƏLİYEV: Cənab Prezident ölkəsinin ən qabaqcıl texnologiyaları olan sahələri qeyd etdi. Biz Azərbaycanda infrastrukturumuzun müasirləşdirilməsi prosesindəyik. Azərbaycan maliyyə baxımından nəhəng infrastruktur layihələrinə böyük sərmayələr qoymağa qadir olan ölkəyə çevrilməkdədir. Ona görə bizim üçün Cənubi Koreya şirkətləri ilə işləmək olduqca faydalıdır, çünki onlar qabaqcıl texnologiyalara, yaxşı peşəkarlığa, olduqca yüksək nüfuza malikdir və biz onları öz tərəfdaşlarımız arasında görmək istərdik. Biz Cənubi Koreya şirkətlərini sərmayədar və podratçılar qismində alqışlayırıq. Hazırda Azərbaycanda infrastruktura, elektrik stansiyalarına, magistral yollara və digər vacib layihələrə böyük sərmayələr yatırılır. Gələcək illər ərzində Azərbaycanda infrastruktur sahəsinə milyardlarla sərmayə qoyulacaqdır.
Beləliklə, bizim iqtisadi əməkdaşlığımızın olduqca böyük gündəliyi var. Bu, enerji sektoru, yükdaşımalar və informasiya texnologiyaları, infrastruktur sahəsi, o cümlədən kiçik və orta sahibkarlıq sahəsində biznes əlaqələrini əhatə edir. Biznesi birgə aparmağa olduqca böyük maraq var. Sabah keçiriləcək Koreya-Azərbaycan biznes forumu bu marağın bariz nümunəsidir. Çox qısa müddət, yəni, sadəcə, bir il ərzində biz əməkdaşlığımızın xüsusi sahələrini müəyyən edə bildik. Bir çox anlaşma memorandumu imzalanmışdır. Ümid edirəm ki, çox yaxın vaxtlarda onlar öz bəhrəsini verəcəkdir. Biz birgə iqtisadi əməkdaşlığımıza böyük nikbinlik hissi ilə baxırıq.
-Sualım Prezident cənab İlham Əliyevədir. Mənim Xəzər dənizində enerji sahəsində beynəlxalq əməkdaşlıqdan xəbərim var. Koreya Milli Neft Korporasiyası Azərbaycanın “İnam” neft yatağının işlənilməsində 20 faiz pay əldə etmək istəyir. Cənab Prezident, bu cür müqavilənin mümkünlüyünə necə baxırsınız?
Cənubi Koreya Azərbaycanın digər neft yataqlarında da işləməyə maraq göstərir. Siz neft və təbii qaz yataqlarının işlənilməsində Koreya şirkətlərini tərəfdaş kimi necə qiymətləndirirsiniz?
İLHAM ƏLİYEV: Biz şadıq ki, Cənubi Koreya şirkətləri müxtəlif enerji layihələrində bizimlə birgə işləməyə maraq göstərir. Lakin onu da təəssüf hissi ilə deməliyəm, bu, bir qədər gec baş verdi. Azərbaycan 1994-cü ildən etibarən iri xarici neft şirkətləri ilə özünün neft və qaz yataqlarında işlənilmə əməliyyatları aparır. Tərəfdaşlarımız arasında dünyanın bütün əsas neft şirkətləri var. Bizim çox əlverişli sərmayə şəraitimiz var və Azərbaycandakı bütün sərmayələr qəti şəkildə qorunur. Azərbaycan müxtəlif neft şirkətləri ilə 20-dən çox müqavilə imzalamışdır. Gələn il Azərbaycanın ixrac etdiyi neftin həcmi gündə 1 milyon barrel təşkil edəcəkdir. Mən Cənubi Koreya şirkətlərinin bir az yubandığını qeyd edəndə, onu demək istəyirdim ki, bütün əsas müqavilələr artıq imzalanıbdır. Bu baxımdan, “İnam” neft yatağı ilə bağlı saziş də imzalanıbdır. Ona görə biz hazırda ARDNŞ ilə Koreya şirkəti arasında ARDNŞ-in müqavilədəki payına aid alqı-satqı sazişini müzakirə edirik. Bu razılaşma kommersiya əsasları qarşılıqlı fayda gətirən formada əldə olunmalıdır. Həmin razılaşma əldə ediləndən sonra biz Cənubi Koreya şirkətini tərəfdaşlar arasında görməkdən məmnun olardıq.
Lakin eyni zamanda, Cənubi Koreya şirkəti üçün Xəzərin Azərbaycan sektorundakı müxtəlif kəşfiyyat bloklarını da nəzərdən keçirmək faydalı olardı. Gələcəkdə həmin şirkət o yerlərdə Azərbaycan ilə neft və qaz əməliyyatlarında əməliyyatçı kimi iştirak edə bilər. Bizim olduqca böyük ehtiyatlarımız var. Bir layihədə hesablanmış neft ehtiyatlarının həcmi 9 milyard barrelə bərabərdir. Biz Azərbaycan neftini dünya bazarlarına çıxarmaq məqsədi ilə müxtəlif boru kəmərləri çəkmişik. Gələn bir çox onilliklər ərzində Azərbaycanın neft və qaz sektoru xarici şirkətlər üçün cəlbedici olaraq qalacaqdır. Əminəm ki, gələcəkdə bizim çox səmərəli və qarşılıqlı surətdə faydalı əməkdaşlığımız olacaqdır.
RO MU HYUN: Mətbuat konfransını başa çatdırmazdan əvvəl mən bir neçə kəlmə əlavə etmək istəyirəm. Hazırda Cənubi Koreya bir çox dünya ölkələri ilə birgə inkişaf layihələrini həyata keçirir. Ötən ilin may ayında Azərbaycana səfər etdikdən sonra, Azərbaycanla iqtisadi inkişaf və əməkdaşlıq sahəsində təcrübəni bölüşmək məqsədi ilə Cənubi Koreya hökuməti nəzdində işçi qrupu yaradıldı. Demək istəyirəm ki, həmin işçi qrupu çox fəaldır.
Mən onu da bildirmək istəyirəm ki, digər ölkələrə maraq göstərərkən, biz məhz Azərbaycan hökumətinin xüsusi marağını nəzərə alaraq, onunla əməkdaşlığa başladıq. Hesab edirəm ki, ölkənin inkişafının ən vacib elementi həm özəl sektorun, həm də hökumət rəsmilərinin birgə fəal və ürəkdən işləməyə çalışmasından ibarətdir. Əlbəttə, bu sahədə dəqiq rəqəmlər demək çətin olardı. Lakin bilirəm ki, əldə olunmuş səviyyə yüksəkdir və Azərbaycanın bu qədər sürətlə inkişaf etməsi və Koreya firmalarının layihələrdə iştirak etməyə marağı göz qabağındadır.
Əminəm ki, hazırda Azərbaycanda fəaliyyət göstərən Cənubi Koreya şirkətləri ölkəniz haqqında müsbət təsəvvürə malikdir və bu, mənim hökumətimin tutduğu mövqe ilə üst-üstə düşür. Biz əminik ki, Azərbaycan böyük sərmayələrin yatırılması üçün münasib yerdir.
Cənab Prezident, sonda onu etiraf etmək istəyirəm ki, Siz olduqca gərgin fəaliyyət aparırsınız və Sizin hökumət də fəal çalışır.
Çox sağ olun.
X X X
Mətbuat konfransı başa çatdıqdan sonra, Prezident Ro Mu Hyun Azərbaycan Prezidenti İlham Əliyevi Prezident sarayının qarşısında böyük hörmət və ehtiramla yola saldı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək

Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşlarına fəxri fərmanlar təqdim edilib

Azərbaycanın logistika imkanları İzmirdə təqdim olunub

Xaçmazlı və qusarlı məzunlar Prezident təqaüdçüsü oldular

Bakıda növbəti “Xarici Siyasət Proqramı” təşkil olunub

AZAL 9 ayı artım və beynəlxalq nailiyyətlərlə başa vurub

Türkiyədə Ankaranın paytaxt elan edilməsinin 103-cü ildönümü qeyd olunur

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

Qızıl və gümüş bahalaşıb

Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb

Neft ucuzlaşır

Sumqayıt, Ağdaş və Göyçayın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

“Sabah” Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşacaq

Azərbaycan nefti 131 dollara satılır

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir!

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb

“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

Aeroport şosesində qəza nəqliyyatın sıxlığına səbəb olub

BVF Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yeni qiymət artımı riski barədə xəbərdarlıq edib

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb