AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSANIN İŞ ADAMLARI İLƏ GÖRÜŞÜ
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Parisdə Fransa Müəssisələri Hərəkatı (MEDEF) təşkilatının üzvü olan nüfuzlu şirkətləri təmsil edən iş adamları ilə görüşmüşdür.
Görüşü “Panhart jeneral defans” şirkətinin baş direktoru Kristian Mons açdı.