AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN LİTVA PREZİDENTİ VALDAS ADAMKUS İLƏ GÖRÜŞÜ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Prezident sarayında Əfqanıstandan qayıdarkən yolüstü Bakıda dayanan Litva Respublikasının Prezidenti Valdas Adamkus ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında ikitərəfli, çoxtərəfli münasibətlərin uğurla inkişafı, müxtəlif sahələrdə, o cümlədən siyasi və iqtisadi sahədə əlaqələr, beynəlxalq təşkilatlar, həmçinin Avropa Şurası, Avropa Birliyi çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.
Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından Litva Prezidenti Valdas Adamkusun şərəfinə nahar verilmişdir.