Azərbaycan Prezidenti İlham Əliyevin Mingəçevir şəhərinə səfəri
Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
Bakı, 17 aprel (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Mingəçevir şəhərində səfərdə olmuşdur.
Dövlətimizin başçısı yeni inşa olunan Heydər Əliyev Mərkəzinin qarşısında xalqımızın ümummilli liderinin abidəsi önünə gül dəstəsi qoydu.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevə məlumat verdi ki, yeni ucaldılan abidənin müəllifi Xalq Rəssamı Ömər Eldarovdur. Abidənin ətrafında abadlıq işləri görülmüş, yaşıllıq zolaqları salınmışdır.