Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinə səfəri
Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət VIDEO
Sumqayıt, 3 may (AZƏRTAC). Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə gəlmişdir.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə abidənin ətrafında görülmüş abadlıq işləri barədə məlumat verdi.