Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin görüşü
Çikaqo, 20 may (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, NATO-nun Sammitində iştirak etmək üçün ABŞ-ın Çikaqo şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşmüşdür.
Görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.