Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- İndi sadalanan problemlər, demək olar ki, Azərbaycanın hər bir yerində, hər bir bölgəsində, hər bir rayonunda var. Müxtəlif vaxtlarda keçirdiyim zona müşavirələri onu göstərir ki, demək olar, hər bir rayonda eyni problemlər mövcuddur. Əlbəttə, biz çalışacağıq ki, bunları tezliklə həll edək və bu müşavirədən sonra xüsusi sərəncam hazırlanacaq və icra olunacaqdır. Burada qaldırılmış bütün məsələlər sərəncamda öz əksini tapacaqdır. Vəsait də nəzərdə tutulacaq ki, məsələlər həll edilsin.

Hər bir məsələ həll oluna bilər. Bunu etmək üçün bir neçə amil lazımdır. İlk növbədə, maddi imkan və işlərin düzgün aparılması lazımdır. İndi Azərbaycanda maddi imkan güclənir. Bayaq dediyim kimi, bizim büdcəmiz artır və sonrakı illərdə daha da kəskin şəkildə artacaqdır. Çünki hələ biz Bakı-Tbilisi-Ceyhan neft kəmərini istismara verməmişik. Kəmər istismara veriləndən sonra bizim maliyyə imkanlarımız kəskin surətdə artacaqdır. Amma indi də imkanlarımız kifayət qədərdir. Biz gərək bunlardan səmərəli istifadə edək və vəsaiti qaldırdığınız problemlərin həllinə yönəldək. Bundan məqsədyönlü şəkildə və səmərəli istifadə etməliyik.

Əsas problemlərimiz su, kanalizasiya, suvarma problemidir. Artıq göstərişlər verilibdir ki, bütün rayonlarda bu problemlər təhlil olunsun, təkliflər paketi hazırlansın və biz praktiki işlərə keçək.

Son müddət ərzində elektrik enerjisi ilə təchizat yaxşılaşıbdır. Məndə olan məlumata görə, rayonların əksəriyyətində fasilələr ya ümumiyyətlə yoxdur, ya da qısa müddət ərzində olur. İndi əsas məqsəd ondan ibarətdir ki, qış aylarında gərginlik yaranmasın. Bunu etmək üçün, bildiyiniz kimi, kiçikhəcmli modul elektrik stansiyaları alınır. Bu ilin sonuna qədər cənub bölgəsində 90 meqavat gücündə stansiyalar quraşdırılacaqdır. Gələn il isə bu stansiyalar Azərbaycanın müxtəlif yerlərində olacaqdır. Belə olan halda, Mingəçevirdəki DRES - bizim ən böyük stansiyamız elektrik enerjisinin böyük hissəsini qərb bölgələrinə ötürəcək və işıqla təminat kəskin şəkildə yaxşılaşacaqdır.

Ancaq eyni zamanda, biz ötürücü xətlərə də fikir verməliyik. Çünki biz bu gücü yaradırıq, elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Amma ötürücü xətlərdə problemlər var. O xətlərdə bir balaca nasazlıq olan kimi, təchizatda da problem yaranır.

Yolların tikintisi çox vacibdir. Əgər biz bölgədə infrastrukturu, sənaye potensialını, turizm potensialını inkişaf etdirmək istəyiriksə, - burada səsləndi ki, turizm üçün də gözəl şərait var, - mütləq və mütləq yollar çəkilməlidir. Bakını Qazaxla birləşdirən magistral müasir İpək yolu layihəsi çərçivəsində çəkilir. Təxminən ilyarım, iki il ərzində bu yol tamamilə istismara veriləcəkdir. İndi hissə-hissə istismara verilir. Bakı-Qazax-Gürcüstan sərhədinədək tikiləcəkdir.

Ancaq eyni zamanda, rayondaxili yollara və kənd yollarına fikir verilməlidir. İlk növbədə, siz buna diqqət göstərməlisiniz. Amma onu da bilirik ki, maliyyə vəsaiti olmayan yerdə bunu etmək mümkün deyildir. Ona görə sizə deyirəm, mən göstəriş verəcəyəm ki, hər bir rayona indiki pulla 1 milyard 500 milyon manat vəsait ayrılsın. Siz də bundan səmərəli istifadə edin. Mən bilirəm ki, bu, bütün, yaxud da əksər kənd yollarının yüksək səviyyədə yaradılması üçün kifayətdir. Yusif Hümbətova tapşırıram ki, nəzarət etsin. Siz də harada nə yol çəkilirsə, onun fotoşəkilləri ilə birlikdə vaxtaşırı hesabat verin, biz də bilək ki, bu pul haraya xərclənir. Elə etməlisiniz ki, qısa müddət ərzində bu puldan səmərəli istifadə edilsin. Əgər o vəsaitdən səmərəli istifadə etsəniz, digər işlərə, abadlıq-quruculuq işlərinə də ayıra bilərsiniz. Gərək biz bütün şəhərlərimizi yeniləşdirək, abadlaşdıraq, gözəl, yaraşıqlı binalar tikək, köhnə, uçuq binaları təmir etdirək ki, ümumi görüntünü pozan eybəcər binalardan gərək, necə deyərlər, xilas olaq.

“Aqrolizinq” səhmdar cəmiyyətinin təşkili kənd təsərrüfatının inkişafında böyük dönüş yaradacaqdır. Bildiyiniz kimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə kənd təsərrüfatında islahat aparılmışdır. Kəndlilər demək olar ki, bütün vergilərdən azad edilmişlər, torpaq kəndlilərə paylanmışdır. Bu gün də burada rəqəmlər səsləndi, kənd təsərrüfatı məhsullarının istehsalı dəfələrlə artmışdır. Bu, taxılçılıqda, heyvandarlıqda, bütün başqa sahələrdə özünü göstərir. Ancaq indiki zəmanədə yeni mərhələnin başlanması zəruridir. O da ondan ibarətdir ki, kəndlilərə kredit verilməlidir, texnika və gübrə verilməlidir. Hər üç məsələ öz həllini tapır.

Kreditlərin verilməsi üçün gələn ilin büdcəsində 80 milyon dollar vəsait nəzərdə tutulubdur. Əsas vəsait kənd təsərrüfatına və emal sənayesinə gedir. Gübrənin alınması üçün “Aqrolizinq”ə göstəriş verilibdir. Kənd təsərrüfatı texnikasının alınması prosesi başlamışdır. Bu il 100 milyard manat, gələn il 150 milyard manat dəyərində texnika alınacaqdır. Bütün bölgələrdə “Aqrolizinq”in dayaq məntəqələri yaranacaq və bu texnika icarə yolu ilə kəndlilərə veriləcəkdir. Gələn illər lazım olarsa, biz daha böyük vəsait ayırarıq. Çünki bizim gələcəkdə ciddi maliyyə problemlərimiz olmamalıdır.

Azərbaycan əhalisinin təxminən yarısı kənd yerlərində yaşayır. “Aqrolizinq”in yaranması kənd təsərrüfatına çox güclü təkan verəcəkdir. Siz də öz tərəfinizdən bu işləri tənzimləyin, bu işlərə rəhbərlik edin, fermerlərə, sahibkarlara kömək göstərin. Çalışın ki, onların şəraiti yaxşılaşsın və Azərbaycanda güclü sahibkarlar sinfi yaransın.

Ərizə və şikayətlərə də daim diqqət göstərmək lazımdır. Mən bu gün bunu qeyd etdim. Mənim rayonlara bütün səfərlərimdə xüsusi insanlar, köməkçilərim görüşlərdən sonra qalır, ərizələri yığırlar. Ondan sonra o ərizələr təhlil olunur və həmin ərizələrdə göstərilən konkret məsələlər həll edilir. Bu gün siz də qeyd etdiniz ki, şikayət xarakterli məktublar azalır. Əsasən maddi yardım, ev şəraitinin yaxşılaşdırılması, insanların müalicə məsələləri barədə xahişlərdir. Amma biz gərək buna da diqqət göstərək. Çox sevindirici haldır ki, şikayət xarakterli məktublar, demək olar, kəskin şəkildə azalıbdır. Bu onu göstərir ki, işlər yaxşı gedir, ədalətsizlik aradan qaldırılır, yerlərdə, bölgələrdə işləyən məmurlar da öz vəzifə borcunu yerinə yetirirlər.

Bu gün Qazaxda təməli qoyulan müalicə-diaqnostika mərkəzinin istifadəyə verilməsi də ərizələrin bir hissəsinin azalmasına gətirib çıxaracaqdır. Çünki burada çox gözəl müasir avadanlıq, şərait, pulsuz xidmət olacaqdır. Bu, özəl xəstəxana deyil, - özəl xəstəxanalar da lazımdır, müxtəlif rayonlarda inşa edilir, dövlət xəstəxanası olacaqdır. Çox təcrübəli həkimlər işləyəcək, yüzlərlə insan işləyəcək, ən müasir tibbi xidmət göstəriləcəkdir.

İndi bizim imkanlarımız artır, Heydər Əliyevin neft strategiyası uğurla icra olunur. Biz əsas diqqəti sosial sahəyə - məktəblərin, xəstəxanaların tikintisinə, digər sosial infrastrukturun yaranmasına yönəltməliyik ki, Azərbaycan xalqı, bizim vətəndaşlarımız müsbət dəyişiklikləri öz gündəlik həyatında hiss etsinlər.

Makroiqtisadi vəziyyət çox yaxşıdır. Bunu hamı bilir. Beynəlxalq Valyuta Fondu bunu bəyan edir. Azərbaycan dünyada makroiqtisadi göstəricilərinə görə birinci ölkədir. Ölkəmizdə ümumi daxili məhsul 20 faiz artıbdır. İnkişaf etmiş ölkələrdə bu, heç vaxt 2-3 faizi keçmir.

Düzdür, inkişaf etmiş ölkələrdə imkanlar artıq tükənir. Bu ölkələrdə iqtisadiyyat indi elə bir səviyyədədir ki, böyük bir addıma imkan yoxdur. Ancaq gəlin, bölgəmizdəki ölkələrin, bizimlə bərabər şəraitdə olan, yaxud da Sovet İttifaqı dağılandan sonra müstəqilliyini əldə etmiş ölkələrin iqtisadi göstəricilərinə nəzər salaq. Mən heç bir müqayisə aparmaq istəmirəm və biz heç vaxt öz işimizi müqayisə prinsipi əsasında qurmamışıq. Biz sadəcə, öz işimizi görürük, heç bir başqa ölkənin işinə qarışmırıq. Amma əgər müqayisə etsək görərik ki, Azərbaycan ən qabaqcıl yerlərdədir. Bu, çox mühümdür, bizim iqtisadi inkişafımızın uğurlu olmasından xəbər verir. Ancaq eyni zamanda, hər bir vətəndaş da gündəlik həyatda müsbət dəyişiklikləri görməlidır. Onun tibbi xidməti daha da yaxşı olmalıdır, uşağının oxuduğu məktəbdə istilik sistemi, gözəl avadanlıq, şərait olmalıdır, yaxşı yolları, kənd yolları, işığı, suyu, qazı olmalıdır. Bu, insanların təbii tələbatıdır. Biz də gərək bunu təmin edək.

Düzdür, bunu etmək çətindir. Çünki 1990-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi o ağır problemlər ölkəmizə böyük zərbələr endirdi. Bu yaxınlarda demişdim ki, biz ancaq 2005-ci ildə 1990-cı ilin iqtisadi potensialının səviyyəsinə yüksələ bildik. Nəyə görə? Çünki 1980-ci illərin sonları - 1990-cı illərin əvvəllərində Azərbaycana rəhbərlik etmiş xəyanətkar, riyakar, bacarıqsız, səriştəsiz rəhbərlər ölkəni iflic vəziyyətinə salmışdılar. Ölkə dağılırdı, xaos, anarxiya, iqtisadi tənəzzül baş alıb gedirdi. Uzun illər lazım oldu ki, Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi islahatlar aparılsın. Bu gün də onlar davam etdirilir. 15 il lazım oldu ki, biz 1990-cı ilin səviyyəsinə gəlib çataq. Belə çıxır ki, bu 15 il itirilibdir. Əgər 1990-cı illərin əvvəllərində Azərbaycana bu zərbələr vurulmasaydı, o ağılsız iqtisadi siyasət aparılmasaydı, təcrübəsiz, küçədən gələn insanlar Azərbaycana rəhbərlik etməsəydi, belə olmazdı. Bu müddətdə Azərbaycan nə qədər irəliyə gedə bilərdi. Amma küçədən gəlmiş, meydanlarda qışqıran adamlar gəlib Baş nazir, parlament sədri oldular. Bütün nazirliklərə heç bir savadı, təcrübəsi olmayan, dünyagörüşü, mədəniyyəti olmayan adamlar rəhbərlik etməyə gəldi və təbii ki, ölkə dağıldı. Xalqımızın müdrikliyi ondadır ki, öz liderinə üz tutdu, Heydər Əliyevi dəvət etdi və biz bu çətin vəziyyətdən çıxdıq.

Bu səbəblərə görə də indi insanların dediyim təbii tələbatı ilə bağlı məsələləri birdən-birə həll etmək çətindir. Çünki işıq sistemini bərpa etmək üçün milyardlarla investisiya lazımdır. Bunun üçün də gərək hansısa bir məhsul istehsal olunsun ki, çoxlu gəlir gətirsin. İndi bizim imkanımız var. Biz yüzlərlə elektrik stansiyasının tikintisinə milyon dollar dəyərində pul qoyuruq. Başqa imkanımız da var, xarici maliyyə qurumları bizə inanırlar və kredit ayırırlar. Əvəllər bizə nə üçün heç kim kredit vermirdi? Çünki əmin deyildilər ki, Azərbaycanın gələcəyi necə olacaqdır. İndi Azərbaycan üçün, bizim üçün kredit almaq problem deyildir.

Əksinə, bəzi maliyyə qurumları, xarici banklar bizdən xahiş edirlər ki, kredit götürək. Biz isə fikirləşirik ki, götürək, götürməyək. Əgər götürürüksə, hansı şərtlərlə, nəyə görə. Çünki inam var ki, Azərbaycanın uzunmüddətli inkişaf perspektivləri mövcuddur. İnam var ki, Azərbaycan əgər son 10-12 il ərzində belə sürətlə inkişaf edibsə, bu inkişaf davam edəcəkdir. İnam var ki, Azərbaycan rəhbərliyi qarşıda duran bütün vəzifələri bundan sonra da ləyaqətlə yerinə yetirəcəkdir.

Energetika sisteminin bərpası, qaz təchizatının yaxşılaşması, su, kanalizasiya, suvarma sisteminin təkmilləşdirilməsi, yolların salınması indi prioritet məsələlərdir. Bunlar çoxlu vəsait, böyük iş görülməsini tələb edir. Biz bunu təmin edəcəyik. Bəzi hallarda yerlərdə olan məsələlərin həlli böyük vəsait tələb etmir. Harada ki, tələb edir, biz o vəsaiti verəcəyik. Mən sizə bu gün dedim, 1,5 milyard manat kifayətdir ki, siz kənd yollarını bəlkə də artıqlamasilə sahmana salasınız. Sonra başqa məsələ meydana çıxanda, onu da həll edəcəyik. Amma yerlərdə elə məsələlər var ki, böyük vəsait, yaxud da, necə deyərlər, böyük işgüzarlıq yox, sadəcə, diqqət, qayğı tələb edir. Gərək məsələyə biganə yanaşılmasın və məsələ öz həllini tapsın. Xüsusilə insanlarla ünsiyyətdə.

Bizim güc mənbəyimiz xalqımızdır. Biz böyük vəzifələr tuturuq. Prezident vəzifəsi, icra hakimiyyəti başçısı vəzifəsi - böyük vəzifələrdir, böyük məsuliyyətdir. Mən ölkəyə rəhbərlik edirəm, siz rayonlara rəhbərlik edirsiniz və bütün məsuliyyəti öz çiyinlərimizdə daşıyırıq. Çalışmalıyıq ki, gündəlik həyatda insanları narahat edən məsələləri həll edək və yaradaq, quraq, tikək, abadlaşdıraq. Mənim iş prinsiplərim bunlardır. Bu, Heydər Əliyevin iş prinsipləridir, onun qoyduğu yoldur. Bu gün onun siyasəti bütün sahələrdə - Azərbaycanın iqtisadi inkişaf strategiyasında, siyasi müstəvidə, xarici siyasətdə, ordu quruculuğunda, sosial məsələlərin həllində davam etdirilir. Haraya baxsanız görərsiniz ki, inkişaf var, irəliləyiş var. Mən istəyirəm ki, bu, daha da yüksək sürətlə getsin. İqtisadi potensialın güclənməsi isə bunun üçün başlıca amildir.

Eyni zamanda, iqtisadi inkişaf ancaq sabitlik olan yerlərdə mümkündür. Dünya təcrübəsi də, inkişaf etmiş ölkələrin təcrübəsi də bunu göstərir. Harada çaxnaşma varsa, sabitlik yoxdur, özbaşınalıq varsa, heç vaxt orada nə inkişaf var, tərəqqi var, nə də rifah var. Ancaq ziddiyyətlər, toqquşmalar və bəlalar var.

Azərbaycan bu bölgədə sabitlik məkanıdır, əmin-amanlıq məkanıdır. Bu sabitliyi bizə ərməğan edən ulu öndər Heydər Əliyevdir. Biz də bunu qoruyuruq, saxlayırıq, möhkəmləndiririk, qanun çərçivəsində, Konstitusiya çərivəsində Azərbaycanın normal, demokratik inkişafını təmin edirik.

Ölkədə siyasi proseslərin normal məcrada inkişaf etməsi də çox önəmlidir. Bu baxımdan qarşıdan gələn parlament seçkiləri də əhəmiyyət kəsb edir. Ona görə yox ki, parlament seçkiləri Azərbaycanda hakimiyyət məsələsini həll edir. Xeyr, Azərbaycan Prezident respublikasıdır. Burada bütün səlahiyyətlər və hakimiyyət Prezidentin əlindədir. Ona görə ki, parlament seçkiləri hər bir ölkənin demokratik inkişafı üçün vacib hadisədir və prosesdir. Biz də elə etməliyik ki, seçkilər şəffaf keçsin, ədalətli keçsin. Azərbaycan xalqı istənilən namizədə səs versin.

Hesab edirəm ki, bu vaxta qədər seçki kampaniyası müsbət gedir, qeydiyyat məsələsində heç bir problem olmadı. Təşviqat, təbliğat kampaniyası da rahat, azad şəraitdə gedir. Bilirsiniz ki, həm dövlət televiziyası, həm də ictimai televiziya, özəl kanallar bütün namizədlərə imkan yaradır ki, öz proqramları ilə çıxış etsinlər. Vacibdir ki, seçkilər günü də qanun pozuntusu olmasın və seçkilər normal keçsin.

Yerli icra orqanları da bu işlərə müdaxilə etməməlidir. Mən bunu dəfələrlə demişəm, bu gün sizə də deyirəm. Siz o proseslərdən kənarda qalmalısınız, heç bir namizədə təzyiq göstərməməlisiniz, heç bir ayrı-seçkiliyə yol verməməlisiniz. Bütün namizədlərə eyni şərait yaradılmalıdır. Bilirəm ki, hər bir rayonda mitinqlərin, əhali ilə görüşlərin keçirilməsi üçün də müvafiq yerlər ayrılıbdır. Siyasi əqidəsindən asılı olmayaraq, bütün namizədlər eyni yerlərdə öz görüşlərini qapalı və açıq şəkildə keçirməlidirlər. Qayda-qanun hamı üçün eyni olmalıdır.

Deyə bilərəm ki, Azərbaycanın bölgələrində seçki kampaniyası ilə əlaqədar heç bir problem yoxdur. Bütün namizədlər müəyyən edilmiş yerlərdə görüşlər də keçirirlər, mitinqlər də keçirirlər və kampaniya çox ədalətli və qanunauyğun şəkildə gedir. Ancaq Bakıda son zamanlar bəzi siyasi qüvvələr tərəfindən qanunsuz mitinqlər keçirmək cəhdi, əlbəttə, müsbət hal kimi qəbul oluna bilməz. Bunun da səbəbi aydındır, heç kimə sirr deyildir.

Bilirsiniz ki, Bakıda “Qələbə” kinoteatrı qarşısındakı meydan Azərbaycanda seçkiqabağı mitinqlərin keçirilməsi üçün ayrılmış bir yerdir. Orada Prezident Heydər Əliyev öz seçkiqabağı mitinqlərini keçirmişdir. Mən parlament və prezident seçkiləri ərəfəsində mitinqlər keçirmişəm. 2003-cü il prezident seçkilərində bütün namizədlər və siyasi birliklər mitinqlərini orada keçirmişlər. Heç kimdə problem yaranmamışdır ki, həmin meydan bu işə yararlı deyildir. İndi nə olub? Seçki kampaniyası başlanılan gündən bu meydanda heç bir problemsiz, heç bir toqquşmasız mitinqlər keçirilirdi. Amma bu, kiməsə sərf etmir. Kimsə istəyir ki, vəziyyəti gərginləşdirsin. Sən demə, indi bu meydan bunlara darısqallıq edir. Nə olub, 2003-cü ildə Qələbə meydanı məqbul idi, indi yox?! Nə olub, bəlkə meydan balacalaşdı? Məqsəd aydındır.

Məqsəd Azərbaycanda gərginlik yaratmaq, toqquşma yaratmaq, telekameranın qarşısında özünü qurban kimi göstərmək, döyülməkdir. Ancaq o insanları qeyri-qanuni yollara təhrik edənlərin özləri döyülmür, özləri nədənsə qanunsuz mitinqlərdə iştirak etmirlər. Pis olmazdı, bir gün onlar da kabinetdə, “Mersedes”də oturmasınlar, o insanları göndərdikləri yerə özləri getsin, qanunsuz mitinqlərdə iştirak etsinlər. Ondan sonra görsünlər ki, bu, nədir. Biz bu cür mitinqlərə imkan verməyəcəyik . Azərbaycan dövləti qanunlar əsasında işləyir. Konstitusiya da Əsas Qanundur. Harada nəzərdə tutulubsa, orada da mitinq keçiriləcəkdir. Qanunsuz heç bir hərəkətə yol verilməyəcəkdir. Son hadisələr onu göstərir ki, Azərbaycan dövlətinə, rəhbərliyinə heç vaxt, heç kim tərəfindən heç bir təzyiq göstərilə bilməz. Biz möhkəm dayanmışıq. Öz fəaliyyətimizi qanun çərçivəsində, Konstitusiya çərçivəsində qururuq, xalqın dəstəyinə arxalanırıq. Belə olan halda, müəyyən edilmiş yerlərdə mitinqlərin keçirilməsi mümkün olacaqdır.

Yenə də bu məsələyə qayıtmaq istəyirəm ki, heç bir rayonda buna oxşar problem yoxdur. Sizin rayonlarınızda mitinqlər keçirilir, namizədlər seçicilərlə görüşürlər. Heç kimə problem yaratmırlar. Mən qadağan etmişəm. Ona görə, Bakıda da gərək hamı başa düşsün ki, qayda-qanun olmalıdır, özbaşınalıq dövrü getdi, bitdi. Hərc-mərclik dövrü bitdi, anarxiya dövrü bitdi, bir daha qayıtmayacaqdır. Azərbaycanda qayda-qanun olacaqdır. Ancaq yenə də deyirəm, çalışmalısınız ki, siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq, bütün namizədlərə eyni şərait yaradılsın.

Parlament seçkiləri də bir prosesdir, bir hadisədir. Əminəm ki, seçkilərdən sonra Azərbaycan demokratik inkişaf baxımından daha da sürətlə inkişaf edəcəkdir. Qarşımızda böyük planlar, proqramlar var. Biz ölkəmizi çox inamla idarə edirik. Ölkəmizin iqtisadi potensialı güclənir. Dünya birliyində bizim rolumuz, yerimiz möhkəmlənir. Digər ölkələrlə münasibətlər möhkəmlənir, inteqrasiya məsələləri öz həllini tapır, transmilli layihələr bizim iştirakımızla həyata keçirilir. Əlbəttə, gələcəkdə gözəl imkanlardan istifadə edib, ölkəmizi daha da inkişaf etdirəcəyik. Bunu etmək üçün biz hamımız yaxşı işləməliyik, məsuliyyətli işləməliyik. Hərə öz işi ilə məşğul olmalıdır, öz vəzifə borcunu ləyaqətlə icra etməlidir.

Yerlərdə sizin fəaliyyətinizdən də çox şey asılıdır. Siz mənim nümayəndələrimsiniz və sizin bütövlükdə fəaliyyətiniz əsasında yerlərdə insanlar iqtidar haqqında rəy, fikir formalaşdırırlar. Ona görə gərək siz də öz işinizə məsuliyyətlə yanaşasınız. Gərək həm rayonların iqtisadi potensialının inkişafı ilə bağlı məsələlərdə, eyni zamanda insanlara ünsiyyətdə diqqətli olasınız. Çalışasınız ki, problemlər öz həllini tapsın. Harada gücünüz çatmırsa, yaxud da imkan yoxdursa, mənə, Nazirlər Kabinetinə müraciət edin.

Bilirsiniz ki, mənim siyasətimin əsas prioritetlərindən biri regional inkişaf proqramıdır. Ona görə tez-tez rayonlara səfərə çıxıram, vəziyyətlə tanış oluram. Bilin ki, qaldırdığınız və qaldıracağınız bütün məsələlərə diqqətlə yanaşacağam və həllinə kömək edəcəyəm. Ona görə, sizə uğurlar arzulayıram, yaxşı işləyin. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

Bu saata olan əsas xəbərlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Deputat: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi”

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

Pakistanda poliomielitə yoluxanların sayı artır

Makron və Merts Aİ-nin ticarət müdafiəsi mexanizmlərini gücləndirməyi təklif ediblər

Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

® “AccessBank” QSC UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub