Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ
- Konfransın birinci hissəsi başa çatır və fasilədən sonra bölmələrdə iş davam etdiriləcəkdir. Çıxışlarda biz daha çox hesabat məlumatları eşitdik və görürük ki, müxtəlif yerlərdə, bölgələrdə iqtisadi artım sürətlə gedir. Adətən, biz ümumilikdə Azərbaycanın iqtisadi artımı haqqında söhbət açırıq, amma müxtəlif bölgələrin də nəticələrini bilməliyik. Naxçıvanda, Xaçmazda, Yevlaxda və başqa şəhərlərdə və rayonlarda da iqtisadi göstəricilər müsbətdir. İnsanların işlə təmin olunması və xaricdə yaşayan vətəndaşlarımızın Azərbaycana qayıtması bizi çox sevindirir. Çünki bu onu göstərir ki, artıq Azərbaycanda işləmək üçün, yaxşı maliyyə imkanları əldə etmək üçün şərait yaxşılaşır. Əlbəttə ki, bu müsbət meyillər getdikcə daha da möhkəmlənəcəkdir. İndi bəzi hallarda Azərbaycanda işçi tapmaq problemə çevrilibdir. Xüsusilə tikinti sektorunda. Əminəm ki, gələcəkdə nəzərdə tutduğumuz bütün proqramlar icra olunduqca, Azərbaycanda işsizlik problemi tamamilə aradan qaldırılacaqdır. Sadəcə, işləmək istəməyənlər işsiz olacaqlar. Yəni, bütün inkişaf etmiş ölkələrdə olduğu kimi.
Mən Dünya Bankının nümayəndəsinin çıxışına da diqqətlə qulaq asdım. Deyə bilərəm ki, Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlıq, bunun əsas istiqamətləri həm də Azərbaycanda regionların sosial-iqtisadi inkişafı proqramı və başqa sahələrdəki proqramlarla sıx uzlaşır. Bu onu göstərir ki, bizim birgə fəaliyyətimiz uğurludur və fikirlərimiz də üst-üstə düşür. Uzun illər ərzində Azərbaycan beynəlxalq maliyyə qurumları ilə çox səmərəli əməkdaşlıq edibdir. Bu əməkdaşlıq bizə çox böyük imkanlar yaradıb, Azərbaycan beynəlxalq maliyyə qurumlarından yardımlar alıbdır. İndi bizim iqtisadi vəziyyətimiz elədir ki, buna artıq ehtiyac yoxdur və istisna olunmur ki, gələcəkdə Azərbaycan özü donor ölkəyə çevriləcəkdir.
Biz bu məsələləri artıq müzakirə edirik və birinci növbədə mənəvi borcumuzu qaytarmalıyıq. Çünki əfsuslar olsun ki, dünyada çox ağır şəraitdə yaşayan ölkələr kifayət qədərdir. Müstəqilliyimizin ilk illərində, maddi imkanlarımız olmadığı bir vaxtda, məhz beynəlxalq maliyyə qurumları bizə kömək etdilər. Xüsusilə onlardan gələn yardımlar çətin şəraitdə yaşayan qaçqın-köçkün soydaşlarımızın həyat səviyyəsini yaxşılaşdırmaq üçün həlledici rol oynamışdır. İndi biz, demək olar ki, bütün bu məsələləri öz üzərimizə götürmüşük və bu da təbiidir. Çünki ölkə zənginləşir. Yenə də deyirəm, əlbəttə ki, gələcəkdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığımızın istiqamətləri də dəyişəcək və artıq dəyişir. Amma bununla bərabər, müxtəlif proqramlar çərçivəsində biz birgə işləri davam etdirməliyik. Səhiyyə, təhsil, ekoloji məsələlər bizi də, beynəlxalq maliyyə qurumlarını da çox düşündürür. Bu istiqamətdə Azərbaycanda artıq böyük işlər görülübdür. Bilirsiniz ki, məktəb tikintisi çox geniş vüsət alıbdır. Keçən il 200-ə yaxın məktəb tikilibdir. Bu il də çoxlu məktəblərin tikintisi nəzərdə tutulur və təhsilin keyfiyyətinə də böyük diqqət göstərilir.
Kompyuter texnologiyaları məktəblərə daxil olur və bu da çox vacibdir. Bütövlükdə, Azərbaycan yaxın gələcəkdə informasiya-kommunikasiya texnologiyaları üçün çox cəlbedici ölkəyə çevriləcək və bu texnologiyaları tam şəkildə Azərbaycanda tətbiq etmək üçün ilkin baza təhsili olmalıdır. Geniş kütlə, xüsusilə uşaqlarımız, gənclərimiz bu texnologiyaları bilməlidir, kompyuterlə işləmək üçün treninq keçməlidirlər. Bu treninqlər, ilk növbədə, məktəblərdə həyata keçirilməlidir.
Səhiyyə sisteminin möhkəmlənməsi işində planlarımız çox böyükdür. İndi müxtəlif bölgələrdə müasir diaqnostika və müalicə mərkəzləri tikilir. Həm diaqnostika, həm də müalicə bir yerdə olacaqdır. Çünki bəzi hallarda insanlarımız bu imkanları hələ əldə etməyiblər ki, vaxtlı-vaxtında müayinədən keçsinlər, onların xəstəlikləri vaxtında müəyyən olunsun. Belə imkan olan halda, əlbəttə ki, insanların sağlamlığı möhkəm olacaq və daha da çox yaşayacaqlar. Bildiyiniz kimi, bu müalicə və diaqnostika mərkəzləri bölgələrdə tikilir və tikiləcəkdir. Bu il nəzərdə tutmuşuq ki, 7 rayonda yeni müasir mərkəz istifadəyə verilməlidir. İlk belə mərkəzlər Lənkəranda və Naxçıvanda istifadəyə verilib və yəqin televiziyadan görürsünüz ki, ən yüksək dünya səviyyəsindədir. Yəni dünyada hansı qabaqcıl texnologiya varsa, onlarda da var. Hansı gözəl müalicələr varsa, bizdə də var. Belə də olmalıdır.
Əlbəttə ki, səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmlənməsi üçün əlavə tədbirlər də görüləcəkdir. Mən göstəriş vermişəm və bu məsələ üzərində işləyirlər - Azərbaycanda təcili tibbi yardımın fəaliyyətini də möhkəmləndirməliyik. Yeni maşınlar alınmalı, yeni avadanlıq quraşdırılmalıdır və bütün təcili tibbi yardım maşınlarında bütün dərmanlar olmalıdır, xəstələr də bundan istifadə etməlidirlər.
Ekologiya məsələləri həm bizi, həm də Dünya Bankını çox narahat edir. Biz geniş ekoloji proqramı qəbul edəndən dərhal sonra Dünya Bankından nümayəndələr gəlmiş və bizimlə bərabər işləmək arzularını bildirmişdilər. Bu da çox müsbət haldır. Bu, elə sahədir ki, oraya qoyulan sərmayə birbaşa gəlir gətirmir. Ancaq bu, bütövlükdə ölkənin inkişafı, insanların sağlamlığı, təbiətin qorunması üçün bizə lazımdır. Düzdür, Azərbaycanda bütövlükdə ekoloji vəziyyət yaxşıdır. Ancaq Bakı və Abşeron yarımadası haqqında bunu demək olmaz. Çünki uzun illər, əsrlər boyu neftlə çirklənmiş torpaq, gölməçələr burada ekoloji vəziyyəti mənfiyə doğru tam şəkildə dəyişmişdir. Bunları təmizləmək, bu vəziyyəti aradan qaldırmaq üçün böyük vəsait lazımdır. Bəlkə də, yüz milyonlarla dollar vəsait lazımdır və biz bunu edəcəyik. Çünki bu, insanların sağlamlığı üçün lazımdır. Görəndə ki, beynəlxalq təşkilatlar da bu işlərə qoşulur, əlbətə ki, bu, bizə daha da güc verir. Ancaq, ilk növbədə, biz bunu öz imkanlarımız hesabına etmək istəyirik. Qəbul edilmiş ekoloji proqramda da bütün bu məsələlər təsdiq olunub və bu il onun icrasına başlanmalıdır.
Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir. Bizim çox gözəl təbiətimiz var. Bəlkə nadir ölkələrdən biriyik ki, burada istənilən təbii şərait, istənilən iqlim var. Qısa müddət ərzində, bir-iki saat maşınla getməklə, bir iqlimdən başqa iqlimə keçə bilirik. Yəni dünyada buna çox nadir hallarda rast gəlinir. Təyyarəyə minmək lazım deyil ki, başqa bölgəyə gedək. İndi ən müasir standartlara cavab verən yollar salınır. Dəmir yolu sistemini biz möhkəmləndirməliyik. Bunun üçün də göstərişlər verilibdir. İndi şəhərləri birləşdirən sürətli dəmir yolunun mümkünlüyü araşdırılır.
Turizmin inkişafı üçün bütün şərait var və lazımi göstərişlər də verilibdir. Bizim böyük sahilyanı zonamız var və onu inkişaf etdirməliyik. Sahilyanı zonada müasir infrastruktur yaradılmalıdır. Şəmsəddin Xanbabayev dedi, mən Xaçmazda olarkən Nabrana getdim, turizm zonası ilə tanış olduq. Əlbəttə ki, müəyyən işlər görülübdür. Amma açıq deməliyəm ki, bunlar dünya səviyyəsindən hələ çox uzaqdır. Çox uzaqdır! Biz əgər istəyiriksə ki, Azərbaycanda güclü turizm mərkəzi yaradılsın, bütün işləri ən yüksək səviyyədə görməliyik. Xarici mütəxəssislər gəlməlidir, onlar bu məsələni araşdırmalıdırlar, texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Bütün turizm infrastrukturunun baş planı hazırlanmalıdır və ondan sonra biz işə başlamalıyıq. Düzdür, bu vaxta qədər görülən işlər, deyə bilərəm ki, iş adamlarının fədakarlığının nəticəsidir. Mən də onların fəaliyyətini bəyənirəm.
Amma mən istəyirəm ki, burada, Azərbaycanda, bizim ölkəmizin gözəl yerlərində o gözəl təbiətə uyğun gözəl turizm infrastrukturu yaradılsın. Bu məqsədlə yay turizminin, eyni zamanda, qış turizminin inkişafı üçün artıq müvafiq tapşırıqlar verilibdir. İndi bizim dağ rayonlarında qış turizminin inkişafı üçün infrastruktur layihələri işlənilir və əminəm ki, ilin ortalarına qədər təkliflər veriləcək və böyük quruculuq işləri başlanacaqdır. Yollar, elektrik xətləri, su xətləri çəkilməli və qış idman növləri ilə məşğul olmaq üçün xüsusi şərait yaradılmalıdır.
Nəqliyyat infrastrukturumuzu da məhz ona görə möhkəmləndiririk ki, həm iqtisadi cəhətdən, həm də turizmin inkişafı üçün bizə əlavə imkanlar yaradır. Yeni aeroportlar tikilir, ilk növbədə, yeni yollar, kənd yolları, xüsusilə turizm yerlərinə yollar çəkilməlidir ki, insanlar o yerlərə rahatlıqla çata bilsinlər. Xınalıq yolu haqqında da burada deyildi. Əvvəllər Xınalığa getmək üçün 5-6 saat vaxt lazım idi. Özü də ildə ancaq 3-4 ay mümkün idi. Amma indi biz 40-50 dəqiqəyə Qubadan oraya gedirik. Beləliklə, o bölgə də dirçələcək və oradakı insanlar da daha rahat yaşayacaqlar.
Ona görə bu işlərdə həm özümüz fəal olmalıyıq, həm də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, xüsusilə Dünya Bankı ilə daha da sıx işləməliyik. Çünki bizim məqsədlərimiz üst-üstə düşür və bu günə qədər bizə verilən tövsiyələr, məsləhətlər və əvvəllər verilən kreditlər bizim üçün çox dəyərli olmuşdur.
Mən bölgələrə tez-tez gedirəm, vəziyyətlə tanış oluram. Bu gün sərgidə nümayiş etdirilən məhsulların əksəriyyəti ilə elə bölgələrdə tanış olurdum, görürdüm ki, Azərbaycanda xüsusilə emal sənayesi inkişaf edir. Bu da çox gözəl göstəricidir. Bizim təbiətimiz elədir ki, özümüzü, demək olar, yüz faiz qida məhsulları ilə təmin edə bilərik. Sadəcə olaraq, müasir emal müəssisələri yaradılmalıdır. Onlardan bir neçəsi artıq fəaliyyət göstərir, özü də ən yüksək səviyyədə.
Ancaq hələ ki, bu, kifayət deyildir. Siz də bilirsiniz, hələ ki, qida məhsullarının böyük bir hissəsi Azərbaycana xaricdən gətirilir. Bizim isə imkanlarımız var ki, maksimum dərəcədə bunu Azərbaycanda istehsal edək. Xaricdən də gəlsin, mən demirəm ki, gəlməsin, amma Azərbaycanda istehsalı mümkün olmayan, yaxud da ki, hansısa xüsusi bir texnologiya tələb edən məhsullar gəlsin. Bahalı məhsullar gəlsin. Amma gündəlik tələbat malları yüz faiz Azərbaycanda istehsal olunmalıdır. Bunu etmək üçün biz gərək fəal işləyək. İlk növbədə, bu məqsədlə verilən kreditlərin məbləği də artırılıbdır. İlk mərhələdə sahibkarlara ayrılan kreditlər kiçik rəqəm təşkil edirdi, çünki biz istəyirdik ki, sahibkarların maksimum geniş dairəsi bundan faydalansın. Bu il isə biz bu limiti qaldırmışıq. İndi 3 milyon dollar həddindədir. Gələcəkdə, bəlkə, bundan da artıq etməliyik. Mən şəxsən hesab edirəm ki, 2008-ci ildə sahibkarlara verilən kreditlərin məbləğini kəskin şəkildə qaldırmalıyıq. Birincisi, bizim maddi imkanlarımız daha da artacaq və büdcəmiz daha da böyük olacaqdır. İkinci tərəfdən, bu vaxta qədər verilən kreditlər artıq başlanacaq qaytarılmağa və beləliklə, əlavə vəsait yaranacaqdır. Ümumi məbləği artırandan sonra, əlbəttə ki, limit həddini də qaldırmalıyıq. Yəqin, 5 milyon dollara yaxın, ondan daha da çox ki, müxtəlif yerlərdə o pulla müasir emal müəssisəsi tikilə bilsin.
Bu gün bu iş başlanmışdır və mən bunu görürəm, Azərbaycan istehlakçıları da görürlər. Çünki yerli mallardan istifadə etməyə başlamışıq. Amma elə etməliyik ki, yerli mallar bizi tam şəkildə, yüz faiz təmin etsin. Bununla bərabər, Azərbaycanda digər məhsulların istehsalı başlanıbdır. Aşağıda sərgidə televizorlar, kondisionerlər göstərilir, bayırda avtomobillər var, yəni Azərbaycan artıq bu məhsulları da istehsal etməyə başlayıbdır. Bu, əlbəttə ki, başlanğıcdır, birinci addımdır. Mən əminəm ki, bu müsbət istiqamətdə bundan sonra daha da ciddi tədbirlər görüləcəkdir.
Bir sözlə, Azərbaycanın bütövlükdə iqtisadi potensialının möhkəmlənməsi artıq heç kəsdə şübhə doğurmur. Biz bunu edirik və bunun əsas, möhkəm təkan vericisi, əlbəttə ki, energetika sektorudur, neft-qaz amilidir. Neft-qaz amili Azərbaycanın iqtisadiyyatında getdikcə daha da böyük rol oynayacaq, çünki bizim neft-qaz hasilatımız artacaqdır. Qeyri-neft sektorunda da istehsal artacaqdır. Amma təbii ki, o, yüksək sürətlə arta bilməz. Yəni müqayisədə fərq hələ uzun illər qalacaqdır. Biz elə etməliyik və edirik ki, neft-qaz sektorunda əldə edilən mənfəət, gəlirlər, qeyri-neft sektorunun inkişafına yönəldilsin.
Bir də demək istəyirəm ki, biz inkişaf etmiş ölkələrin təcrübəsini öyrənmişik və görmüşük ki, onlar nəyin hesabına inkişaf edibdir. Təbii sərvətlər hesabına, yaxud da hansısa xüsusi coğrafi vəziyyət hesabına yox. Elə ölkələr var ki, onlardan heç bir dəhliz keçmir, adadır və heç bir təbii sərvətləri yoxdur. Amma ən inkişaf etmiş ölkələrdir. Nəyin hesabına? Savad, bilik, təhsil! Ona görə mən informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ elan edirəm. Mənim informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlərim də məhz bundan qaynaqlanır ki, onlar Azərbaycana gəlsinlər. Azərbaycana yeni investisiyalar gəlsin, biz özümüz dövlət tərəfindən, Dövlət İnvestisiya Şirkəti tərəfindən bu investisiyaları qoyaq. Texnoparklar yaradaq, Azərbaycanda çox güclü informasiya-kommunikasiya mərkəzi yaradaq. Bu, gələcəkdir, gələcəyin inkişafıdır. Neft-qaz amili, sadəcə olaraq, bizə əlavə maddi güc verir, rahatlıq verir. Bizi əmin edir ki, iqtisadi cəhətdən özümüzü təmin edə və bəzi hallarda başqalarına da kömək göstərə bilərik. Bu, inkişaf etmiş ölkələrin təcrübəsidir.
Neft-qaz hasil edən ölkələrin təcrübəsi başqadır. Düzdür, orada da müxtəliflik var, amma bəzi hallarda nə qədər çox neft hasil olunursa, ölkə o qədər çox kasıblaşır, neftin nə qədər çox ixracı təmin edilirsə, insanlar o qədər çox müflisləşirlər. Belə nümunələr kifayət qədərdir. Amma biz daim bunu yadda saxlamalıyıq və elə etməliyik ki, neft-qaz amili Azərbaycana rifah gətirsin, sülh, insanlara rahatlıq gətirsin. Yoxsulluğun azaldılması, iş yerlərinin açılması və qeyri-neft sektorunun inkişafı, - o cümlədən neft sektorunun fəaliyyəti nəticəsində, - onu göstərir ki, şəffaflıq da təmin olunmalıdır və təmin edilir. Şəffaflıq bütün hallarda lazımdır, ilk növbədə, hasilat sənayelərində. Çünki əgər bunu təmin etməsək, gələcəkdə bizi böyük problemlər gözləyər. Ona görə hərtərəfli inkişaf, biznes mühitinin yaxşılaşdırılması, neft-qaz sektorunun inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi də prioritet məsələ kimi qalır. Yeni müəssisələr, fabriklər, infrastruktur layihələri, elektrik stansiyaları, yollar, turizm, təhsil, səhiyyə, ekologiya - bütün bu istiqamətlərdə bizim proqramlarımız var və icra olunur. Əsas odur ki, daha da sürətlə icra olunsun və xüsusilə bölgələrdə proseslər daha da sürətlə getsin. Abadlıq işləri, bütün işlər zövqlə görülməlidir, yeni tikilən binalar müasir standartlara cavab verməlidir. Mən bir dəfə bunu demişəm, bir də demək istəyirəm ki, bizim mütəxəssisləri - rəssamları, dizaynerləri, zövqü olan insanları da cəlb etmək lazımdır. Yoxsa, hər kəsin zövqü ilə iş görsək, o qədər də ürəkaçan mənzərə yaranmayacaqdır.
Bir sözlə, mən ümid edirəm ki, bu gün burada davam edəcək konfrans yeni fikirlər gətirəcəkdir. Bir də deyirəm, istəyirəm ki, bölmələrdə daha çox narahatlıq doğuran problemlər haqqında söhbət açılsın, müəyyən edilsin və əgər lazım olarsa, biz əlavə tədbirlər də görərik. Məsələn, mən rayonlara gedərkən vəziyyətlə tanış oluram, ondan sonra zona müşavirəsi keçirirəm, əlavə tədbirlər müzakirə olunur, harada nə çatışmırsa, əlavə edirik, sərəncam imzalanır və icra edilir. Geniş mənada bütün bölgələri, bütün rayonları əhatə edən bu konfrans bax, bu, əsas məqsədi bilməlidir.
Mən bir də demək istəyirəm ki, bütövlükdə, həm Azərbaycanın iqtisadi inkişafı baxımından, həm də regionların inkişafı baxımından vəziyyət çox müsbətdir. Biz qarşıya qoyduğumuz bütün məsələləri ardıcıllıqla, məqsədyönlü şəkildə, vaxtlı-vaxtında həll edirik. Sadəcə olaraq, bu yüksək sürəti saxlamalıyıq və ölkəmizi bundan sonra da gücləndirməliyik. Bu işlərdə sizə uğurlar arzulayıram, sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO