Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

Dünya Bankının Azərbaycan üzrə direktorunun çıxışında çox vacib və maraqlı fikirlər səslənmişdir. Mən birini xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə başqa respublikalarla müqayisədə ən ağır və acınacaqlı vəziyyətdə idi. Həm iqtisadi cəhətdən, həm də siyasi baxımdan Azərbaycanda total böhran hökm sürürdü. Siyasi böhran, vətəndaş qarşıdurması başlanmışdı. Azərbaycan torpaqları işğal altına düşürdü. Demək olar ki, iqtisadiyyat iflic vəziyyətində idi. Sənaye istehsalı aşağı düşürdü, daxili məhsul istehsalı faktik olaraq böyük sürətlə aşağı düşürdü. Ölkə həm siyasi, həm də iqtisadi cəhətdən idarəolunmaz vəziyyətə düşmüşdü. Bütövlükdə, Azərbaycanın gələcək perspektivləri, müstəqil dövlət kimi yaşaması sual altında idi. Ümumiyyətlə, inkişafdan söhbət getmirdi. Söhbət ondan gedirdi ki, ölkəmiz üçün xoşagəlməz, dağıdıcı proseslərin qarşısı alınsın və Azərbaycan bu ağır vəziyyətdən çıxa bilsin.

Demək olar ki, o illərdə Azərbaycanın müstəqilliyi artıq suallar doğururdu. Azərbaycan xalqının XX əsrin əvvəllərində üzləşdiyi vəziyyət təkrarlana bilərdi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 2 ilə yaxın yaşaya bilmişdi, ondan sonra süqut etdi. Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə bərpa edəndən sonra, demək olar ki, iki ildən sonra bizim müstəqilliyimizə son qoyula bilərdi. Biz o günləri yaxşı xatırlayırıq. Hamımız yaxşı anlayırıq ki, Azərbaycan üçün həlledici məqamlar məhz 1993-cü ildə baş verdi. O vaxt Azərbaycan xalqı öz liderinə müraciət etdi, ulu öndər Heydər Əliyevi rəhbərliyə dəvət etdi. Onun Azərbaycana rəhbərliyə gəlişindən sonra xoşagəlməz proseslər dayandırıldı və bir neçə ildən sonra Azərbaycan özünün inkişaf dövrünə başladı. 1990-cı illərin ortalarında başlanmış iqtisadi və siyasi islahatlar, demək olar ki, Azərbaycanın bugünkü inkişafının təməlində dayanan əsas amillərdir.

Bu gün isə ölkəmiz tam şəkildə öz imkanlarını işə sala bilib, müstəqilliyimizi əbədi, dönməz edibdir. Azərbaycan inkişaf potensialına görə çox güclü ölkəyə çevriləcəkdir. Bizim vəzifəmiz ondan ibarətdir ki, həm siyasi, həm də iqtisadi islahatları dərinləşdirək. Azərbaycanda çox güclü, iqtisadi potensial yaratmalıyıq.

Beləliklə, bu vaxta qədər aparılan çox vacib iqtisadi islahatlar davam etdirilməlidir. Bunu etmək üçün əlavə tədbirlər görüləcəkdir. Bütün dövlət proqramları vaxtlı-vaxtında icra olunmalıdır. Mən artıq bu barədə demişəm, bunu etmək üçün maliyyə imkanları və icra mexanizmləri var. Sadəcə olaraq, yerlərdə icra orqanları və aidiyyəti mərkəzi orqanlar üzərlərinə düşən bütün vəzifələri yüksək səviyyədə icra etməlidirlər.

2008-ci ildə ildə infrastruktur layihələrinə böyük vəsait qoyulacaqdır. Dövlət investisiya proqramında bütün bunlar var. Azərbaycanda çox güclü elektrik enerjisi potensialı yaranır. Deyə bilərəm ki, 2004-2009-cu illərdə 3 min meqavat gücündə elektrik stansiyaları işə düşməli idi. Onlardan 700 meqavat gücündə stansiyalar artıq fəaliyyətdədir. Növbəti iki ildə biz bunu 3 min meqavata çatdırmalıyıq. Nəzərə alsaq ki, Azərbaycanda bütövlükdə bütün dövrlər ərzində 4,5 min meqavat gücündə elektrik stansiyaları yaranmışdır, onda görərik ki, biz faktik olaraq, 5 il ərzində öz enerji potensialımızı təxminən iki dəfə gücləndiririk. Bunu etmək üçün müvafiq sazişlər bağlanmışdır. Həm kredit sazişləri, həm də bütün texniki məsələlər öz həllini tapıbdır.

Azərbaycanda iqtisadi inkişaf çox sürətlə gedir, tələbat artır. İstisna olunmur ki, gələcəkdə Azərbaycan elektrik enerjisini ixrac edə biləcəkdir. Ancaq hazırkı mərhələdə biz öz tələbatımızı, bu günə olan tələbatımızı və 10-15 il bundan sonrakı tələbatımızı ödəmək üçün indidən bütün işləri görməliyik. Bununla bərabər, elektrik xətlərinin çəkilişi proqramı da var. Demək olar ki, Azərbaycanda uzun illər ərzində problemə çevrilmiş enerji qıtlığı artıq aradan qaldırılıbdır. Hətta bu ilin çox sərt qışında belə, problemlər müvəqqəti xarakter daşıyırdı. Bütövlükdə, bölgələrdə elektrik enerjisi ilə təminat böyük dərəcədə yaxşılaşmışdır. Demək olar ki, biz bu problemi həll edə bilmişik.

Qazpaylayıcı şəbəkələrin yaradılması prosesi davam edir. Biz bu vaxta qədər qaz almayan bölgələrin, demək olar ki, hamısını qazla təmin etmişik. Bir-iki rayon istisna olmaqla, bütün rayon mərkəzlərinə qaz verilir. Qalanların problemini də biz bu ilin birinci yarısına qədər həll etməliyik. Artıq əməli praktik işlər gedir. Bütövlükdə, Azərbaycanda qazlaşdırma vaxtilə, 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə demək olar ki, 95-100 faizə çatmışdı. İndi Azərbaycanda qazlaşdırma 80 faiz təşkil edir. Bu da çox böyük göstəricidir. Hətta bizdən daha böyük həcmdə qaz hasil və ixrac edən ölkələrdə bu göstərici bizdən aşağıdır. Amma vəzifə qoyulubdur ki, Azərbaycan əhalisi maksimum dərəcədə qazla təmin olunsun. Beləliklə, 2008-2009-cu illərdə qazlaşdırma prosesi daha da sürətlə getməlidir. Biz indi öz təbii qazımızı dünya bazarlarına çıxarırıq. Belə olan halda, mütləq və mütləq daxili tələbat maksimum dərəcədə təmin olunmalıdır.

Əhalini içməli su ilə təmin etmək üçün növbəti illərdə çox böyük işlər görüləcəkdir. Burada qeyd olundu ki, Dünya Bankı ilə birlikdə bu layihə hazırlanıb və icraya hazırdır. Biz buna çox böyük əhəmiyyət veririk. Mən ümid edirəm ki, proqramın icrası nəticəsində Azərbaycanda içməli su ilə təminat əhalini tam şəkildə qane edəcəkdir. Beləliklə, bu ağır və Azərbaycan üçün bütün dövrlərdə ciddi olan problem öz həllini tapacaqdır. Bütün rayonlarda su və kanalizasiya xətlərinin tikilməsi nəzərdə tutulur. Azərbaycan dövləti ayrılan kreditlərdən başqa, öz tərəfindən də maliyyə öhdəliyi götürməyə hazırdır. Biz bu sahədə işləyirik və yaxın zamanlarda çox vacib qərarlar qəbul ediləcəkdir.

Bilirsiniz ki, Bakını yüksək keyfiyyətli içməli su ilə təmin etmək üçün Oğuz-Qəbələ-Bakı su kəməri tikilməkdədir. Bu layihə də uzun illər müzakirə predmeti olmuşdur və müəyyən səbəblər üzündən icra edilmirdi. Ancaq biz bunu icra etməyə başladıq. Çox rəmzi xarakter daşıyan odur ki, bu, Neft Fondunun hesabına icra olunur. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti nəticəsində əldə edilmiş gəlirləri biz Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə yönəltmişik. Bu, bir daha onu göstərir ki, Azərbaycan nefti Azərbaycan xalqına xidmət edir.

Taxtakörpü su anbarının tikintisi başlanmışdır. Bu da nəhəng, qlobal bir layihədir. Həm meliorasiya üçün, həm də insanları təmiz su ilə təmin etmək üçün çox böyük əhəmiyyət daşıyır. Bir neçə ay bundan əvvəl Taxtakörpüdə işlərin təməlini qoyduq və orada su elektrik stansiyası da tikiləcəkdir. Bütövlükdə, biz çaylarımızın imkanlarından daha da səmərəli istifadə etməliyik. “Azərenerji”yə müvafiq göstərişlər verilib ki, biz Azərbaycanda alternativ enerji mənbələrindən maksimum dərəcədə istifadə edək, lazımi investisiyaları qoyaq. Azərbaycan çaylarında yeni kiçikhəcmli elektrik stansiyaları yaratmalıyıq.

Yol infrastrukturuna böyük vəsait qoyulur və bunu həm bölgələrdə, həm də Bakıda hamı görür. Bakının nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir. Bütün Bakını, Azərbaycanı başqa qonşu ölkələrlə birləşdirən magistral yollarda tikinti gedir. Həm qərb, həm cənub, həm şimal istiqamətində. Eyni zamanda, şəhərlərarası yolların tikintisi layihələri hazırlanır. Biz elə etməliyik ki, Azərbaycanın bütün yolları - həm magistral yollar, həm də kənd yolları ən yüksək dünya standartlarına cavab versin. Elə etməliyik ki, növbəti regionların inkişafı proqramında bu məsələlər tam şəkildə öz əksini tapsın və elə bir məntəqə olmasın ki, oraya normal yol çəkilməsin.

Bu infrastruktur layihələri, əlbəttə, Azərbaycanda sahibkarlığın inkişafına öz müsbət təsirini göstərəcəkdir. Biz bunu görürük. Elektrik enerjisi, qaz, yaxud yol çəkiləndən sonra bölgələr dirçəlir, turizm imkanları artır və sahibkarlar da, əlbəttə, bundan istifadə edirlər. Növbəti illərdə və xüsusən 2008-ci ildə böyük işlər görüləcəkdir. Bütün bu sahələr üçün lazımi proqramlar var. Aidiyyəti qurumlar və yerli icra orqanları gərək birlikdə işləsinlər, bir-birinə kömək göstərsinlər. Çünki bu, ölkə üçün əhəmiyyətli olan sahədir. İnfrastruktur layihələri belə inkişaf edəcəkdir.

Sosial infrastrukturun güclənməsi üçün də 2008-ci ildə kifayət qədər vəsait nəzərdə tutulubdur. Təhsil məsələlərinin həlli üçün təxminən 1 milyard dollar vəsait nəzərdə tutulubdur. Yeni məktəblər, yeni tədris korpusları tikiləcək, kompyuterləşdirmə prosesi davam etdiriləcəkdir. Biz elə etməliyik ki, Azərbaycanda yetişən gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin gələcəyini məhz bilik, savad təmin edəcəkdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, onların inkişafı təbii sərvətlər hesabına deyil, bilik, savad, elmi-texniki tərəqqi hesabına mümkün olmuşdur. Biz də bu yolla getməliyik və gedirik. Azərbaycanda bu sahəyə böyük diqqət göstərilir. Təhsilin maddi-texniki bazası möhkəmlənir. Ümid edirəm ki, 2-3 il ərzində, demək olar, bütün infrastruktur layihələri başa çatdırılacaqdır. Təhsilin keyfiyyəti və biliyin səviyyəsi qaldırılmalıdır.

Səhiyyə məsələlərinin həlli üçün indi müxtəlif mənbələrdən vəsait ayrılır. Bilirsiniz ki, mən bir müddət bundan əvvəl Dövlət Neft Şirkətinə tapşırıq vermişdim ki, onların imkanlarından istifadə etməliyik, bölgələrdə müasir müalicə-diaqnostika mərkəzlərinin tikintisinə nail olmalıyıq. Artıq bir neçə şəhərdə - Siyəzən, Lənkəran, Naxçıvan və sonra Əli Bayramlıda yeni müasir müalicə-diaqnostika mərkəzləri tikilmişdir. 10 bölgədə isə tikinti ya başlanmışdır, yaxud da başlanması nəzərdə tutulur.

Bununla bərabər, Səhiyyə Nazirliyinin xətti ilə dövlət büdcəsindən ayrılan vəsait hesabına yeni xəstəxanalar, tibb məntəqələri, poliklinikalar tikilir və səhiyyə xidmətinin səviyyəsi yüksəlir. Bildiyiniz kimi, bu yaxınlarda səhiyyə sistemində pullu xidmət tamamilə aradan qaldırılmışdır. Pullu xidmət rüşvətxorluğun mənbəyi olmuşdu və təhlil göstərmişdir ki, buradan yığılan pullar başqa istiqamətlərə gedir. Ona görə qərar qəbul edilmişdir ki, pullu xidmət tamamilə aradan qaldırılsın. Dövlətin kifayət qədər imkanları var ki, bu sahəyə vəsait ayırsın və bütün xəstəxanaları lazım olan avadanlıqla, tibbi ləvazimatla, yeməklə - hər şeylə təmin edə bilək. Bu sahə, həmişə, bundan sonrakı illərdə də prioritet sahə olacaqdır. Bu sahəyə çox böyük vəsait qoyulmalıdır. Bildiyiniz kimi, bölgələrdə xəstəxanaların böyük əksəriyyəti bizi qane etməyən vəziyyətdədir, onların hamısını müasir səviyyəyə qaldırmaq üçün böyük işlər görülməlidir. Biz bunu edəcəyik ki, Azərbaycanda insanlarn yaşaması, sağlamlığı üçün vacib olan bu vacib sahə dünya səviyyəsinə qaldırılsın.

Köçkünlərin məşğulluğu məsələləri, əlbəttə, bizi çox düşündürür və bu sahədə işlər görülür. Əlbəttə, ilk növbədə, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün çadır şəhərcikləri ləğv edilibdir. Bu da tarixi nailiyyətdir. İndi Azərbaycanda bir dənə də çadır şəhərciyi yoxdur. Yenə də biz sözümüzün üstündə durduq. İndiki mərhələdə qaçqınların və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması və məşğulluğun artırılması dövlət proqramına əlavələr edilibdir. Bu əlavələrin xərcləri təxminən 500 milyon manat həcmindədir. Nəzərə alsaq ki, bu vaxta qədər bu proqrama 400 milyon manata yaxın vəsait ayrılmış, deməli 1 milyard manatadək vəsait ayrılacaq ki, çətin vəziyyətdə yaşayan, erməni işğalından əziyyət çəkən soydaşlarımız həm normal evlərlə təmin olunsunlar, həm də onların məşğulluq məsələləri həll edilsin. Dövlət bu sahəyə öz diqqətini bundan sonra da göstərəcəkdir.

Bildiyiniz kimi, bir müddət bundan əvvəl yenə də ölkəmizin inkişafı və insanların sağlamlığının möhkəmlənməsi üçün geniş ekoloji proqram qəbul edilmişdir. Proqram icra olunmağa başlamışdır və ilk növbədə, Bakıda və Abşeron yarımadasında neftlə çirklənmiş gölməçələrin qurudulması, təmizlənməsi və onların yerində müasir infrastrukturun yaradılması, parkların salınması, ağacların əkilməsi nəzərdə tutulur. Bu işlər artıq başlanmışdır.

Eyni zamanda, içməli su baxımından ən ağır vəziyyətdə olan 50 kənddə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə yeni sutəmizləyici qurğular quraşdırılıbdır. Bu, çox vacib məsələdir. Çünki Azərbaycanda bu baxımdan ən pis vəziyyətdə olan cəmi 100 kənd var. Orada içməli suyun keyfiyyəti çox aşağı idi, insanlar, demək olar ki, suyu birbaşa arxdan götürüb içirdilər. İndi biz 50 kənddə proqramı icra etdik. Növbəti 50 kənddə bu yaxınlarda işlər tamamlanmalıdır. Görəndə ki, bu tədbirlərin çox gözəl səmərəsi var, mən göstəriş verdim ki, bu praktikanı başqa kəndlərə də tətbiq edək. Yəni, içməli suyun səviyyəsini yaxşılaşdıraq. Mənə verilən məlumata görə, hazırlanmış tədbirlər planının icrası nəticəsində 450 minə qədər əhali təmizlənmiş, ən yüksək keyfiyyətli su ilə təmin olunacaqdır. Bu da sağlamlıq deməkdir. Gələcək nəsillərin sağlamlığı, insanların həyatının keyfiyyəti deməkdir. Bu proqram da çox vacibdir. Mən buna çox böyük əhəmiyyət verirəm.

Ümumiyyətlə, bildiyiniz kimi, Azərbaycanda meşələrin sahəsi o qədər də böyük deyildir. Bizim ərazimizin, demək olar, 8-10 faizi qoruqlardır. Biz bu qoruqları ona görə yaratdıq ki, orada ağaclar kəsilməsin, o yerlər zəbt olunmasın. O yerlər, bizim təbiətimiz qorunub saxlanılmalıdır. Bununla bərabər, indi proqram işlənib hazırlanıb ki, Azərbaycanda maksimum dərəcədə ağaclar əkilsin və artıq bu iş başlanmışdır. Onu daha da sürətlə davam etdirmək üçün xüsusi tədbirlər planı hazırlanır.

2008-ci ildə idman komplekslərinin tikintisi davam etdiriləcəkdir. 13 müasir olimpiya kompleksi tikilibdir, 23-ü isə tikilir. Bu da insanların birbaşa sağlamlığına yönəldilən tədbirdir. Yəni, əgər bizim bu planlarımıza fikir verilsə, hər kəs görər ki, qəbul edilmiş bütün planlar, ilk növbədə, iqtisadi potensialın möhkəmlənməsinə, infrastruktur layihələrinin icrasına, sahibkarlığın dəstəklənməsi məqsədi ilə görülən tədbirlərə və insanların sağlamlığına, normal həyat tərzinin təmin olunmasına yönəldilibdir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda həm bazar iqtisadiyyatı prinsipləri, həm də sosial ədalət prinsipləri eyni dərəcədə əhəmiyyət daşıyır.

Sahibkarlığın inkişafına dəstək bundan sonra da davam etdiriləcəkdir. Mən bu gün bütün sahibkarlara öz siyasi dəstəyimi bir daha bildirmək istəyirəm. Bütün icra orqanlarına, onların rəhbərlərinə, yerlərdə, Bakıda, mərkəzi icra orqanlarında işləyən bütün məmurlara göstəriş verirəm ki, sahibkarlara maksimum dərəcədə kömək etsinlər, onlara problem yaratmasınlar, işinə müdaxilə etməsinlər. Onlara qarşı əsassız və qanunsuz tələblər irəli sürməsinlər və imkan versinlər ki, Azərbaycanda sahibkarlıq güclənsin, möhkəmlənsin. Bu, bizim gələcəyimizdir, iqtisadi müstəqilliyimizdir. Sahibkarlığın inkişafı olmadan Azərbaycanın hərtərəfli inkişafı davam etdirilə bilməz.

Deyə bilərəm ki, son illər ərzində bu cür mənfi halların sayı azalıbdır. Amma yenə də var. Biz bunu bilirik və çox ciddi tələb edirik ki, bütün dövlət məmurları maksimum dərəcədə öz fəaliyyətində sahibkarlara kömək etsinlər. Sahibkarlar da öz bizneslərini elə qursunlar ki, dövlətə çatacaq vergini tam şəkildə ödəsinlər və öz işlərində şəffaflığı təmin etsinlər. İndi şəffaflıq hər yerdə tətbiq olunmalıdır. Bizim bütün maliyyə sistemimiz şəffaf olmalıdır. Bütün biznes strukturları şəffaf olmalıdır. Biznes strukturları başa düşməlidirlər ki, əgər onlar dünya iqtisadiyyatına inteqrasiya etmək istəyirlərsə, öz biznesini böyütmək və xarici bazarlara çıxmaq istəyirlərsə, - mən görürəm ki, bu var, - onlar mütləq və mütləq dünya praktikasını tətbiq etməlidirlər. Onlar beynəlxalq auditə məruz qalmalıdırlar, bütün mühasibat sistemini müasir səviyyəyə qaldırmalıdırlar. Bütün pul əməliyyatları şəffaf olmalıdır. Belə olmasa, onları dünya biznes məkanında heç kim qəbul etməyəcəkdir.

Artıq ilkin kapitalın toplanması prosesi başa çatmaq üzrədir. Bu, bütün MDB ölkələrinə xas olan bir prosesdir. Dünyanın inkişaf etmiş ölkələri də vaxtilə bu prosesdən keçmişlər. İndi o dövrdür ki, bütün mühasibat, maliyyə sistemi, özəl sektorun bütün fəaliyyəti şəffaf olmalıdır. Şəffaf olanda, onların vəziyyəti daha da yaxşı olacaq, daha da inamla işləyəcəklər, daha da inamla öz hüquqlarını tələb edəcəklər, müdafiə edəcəklər. Ona görə mənim onlara tövsiyəm bundan ibarətdir. Dövlət öz dəstəyini verəcəkdir. Ancaq hər şey dünyanın ən inkişaf etmiş ölkələrinin praktikasına uyğunlaşdırılmalıdır.

Bildiyiniz kimi, biznesi təşviq etmək üçün bu yaxınlarda Azərbaycanda “bir pəncərə” sistemi tətbiq olunubdur. Vaxtilə bir şirkəti yaratmaq üçün iki aydan çox vaxt lazım idi. İndi cəmi üç gün lazımdır və özü də bir yerdən, bir pəncərədən təşkil olunur. Burada, əlbəttə, həm korrupsiyanın, rüşvətxorluğun qarşısı alınır, həm də iş adamları cəmi üç gün ərzində biznesə başlaya bilərlər. Bundan sonra da biznes işini yüngülləşdirmək, xarici investisiyaları cəlb etmək üçün buna oxşar tədbirlər görüləcəkdir. Azərbaycan biznes aparmaq üçün çox cəlbedici ölkəyə çevrilməlidir. Onsuz da bizim investisiya imkanlarımız dünya şirkətləri tərəfindən tanınır, onlara bəllidir. Adambaşına düşən xarici sərmayənin həcminə görə Azərbaycan MDB məkanında qabaqcıl yerlərdədir. Nəzərə alsaq ki, öz imkanlarımız da artır, xarici investisiyaları cəlb etmək üçün bizim heç bir problemimiz yoxdur. Amma mən çox istəyirəm ki, qeyri-neft sektoruna xaricdən daha da böyük investisiyalar gəlsin. Dünyanın tanınmış şirkətləri Azərbaycana gəlsinlər. Onları cəlb etmək üçün biz indi həm danışıqlar aparırıq, həm də Azərbaycanda biznes aparmaq üçün şərait elə olmalıdır ki, böyük şirkətlər Azərbaycana özləri gəlsinlər.

İndi ölkəmiz inkişafdadır, iqtisadi potensial artır və gələcək perspektivlərimiz çox aydındır. Həm iqtisadi imkanlar baxımından, həm də ölkədə sabitliyin möhkəm olması baxımından. Yəni Azərbaycan biznes qurmaq üçün xarici investorlardan ötrü cəlbedici ölkədir. Biz çalışmalıyıq ki, onu daha da cəlbedici edək.

Bildiyiniz kimi, indiki şəraitdə ərzaq təhlükəsizliyi məsələsi ortaya çıxır. Bu vaxta qədər bu mövzu haqqında, ümumiyyətlə, söhbət getmirdi. Bir müddət bundan əvvəl enerji təhlükəsizliyi məsələsi dünyanın gündəliyinə çıxmışdı və Azərbaycan dərhal bir etibarlı tərəfdaş kimi öz imkanlarını təklif etdi. Biz bu gün bölgənin və gələcəkdə daha böyük mənada qitənin enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edəcəyik. Biz bunu etibarlı tərəfdaş və dost kimi edirik. Ancaq bu gün ərzaq təhlükəsizliyi məsələsi artıq gündəliyə daxil olur. Bəlkə də, hələ buna qlobal şəkildə o qədər də əhəmiyyət verilmir. Amma biz bunu görürük və bilməliyik ki, gələcəkdə bu sahədə problemlər yarana bilər.

Bildiyiniz kimi, 2007-ci ildə dünyanın bütün ölkələrində, ən inkişaf etmiş ölkələrdə də qida məhsullarının kəskin şəkildə bahalaşması getmişdir. O cümlədən də Azərbaycanda. Bu, qlobal bir problemdir. Belə olan halda, biz maksimum çalışmalıyıq ki, özümüzü əsas qida məhsulları ilə təmin edə bilək. Hələ ki, Azərbaycan iqtisadiyyatında Sovet İttifaqı zamanı mövcud olan xalq təsərrüfatının bölgü prinsipi müəyyən dərəcədə var. Bildiyiniz kimi, o vaxt elə təşkil olunmuşdu ki, bütün respublikalar bir-birindən asılı olsunlar. Bir yerdə məhsul istehsal olunurdu, başqa yerdə emal edilirdi. Yəni bu, bütün ölkə iqtisadiyyatını birləşdirmək üçün idi və əlbəttə, dezinteqrasiya proseslərinin qarşısının alınması üçün nəzərdə tutulmuşdu. Halbuki, Sovet İttifaqının dağılması baş verdi və bu, iqtisadi əlaqələr, bir-birindən asılı olmağımız burada heç bir rol oynamadı. Sadəcə olaraq, müstəqillik qazanmış ölkələr üçün çox çətin bir dövr başlanmışdı ki, bütün iqtisadi əlaqələr pozulmuşdu.

Əlbəttə, Azərbaycanda da belə idi. Biz elə etməliyik ki, strateji məhsulları maksimum dərəcədə Azərbaycanda istehsal edək. Bilirsiniz ki, bu yaxınlarda taxıl əkini üçün nəzərdə tutulan vəsait ayrılıbdır və hər hektara görə 40 manat, yəni 50 dollar vəsait verilir. Gələcəkdə biz əlavə tədbirlər görməliyik. Biz elə etməliyik ki, Azərbaycan maksimum dərəcədə özünü təmin edə bilsin. Mən bu gün səhər sərgidə olarkən süd zavodlarının məhsulu ilə tanış oldum və çox sevindim. Çünki həmişə, bütün dövrlərdə süd məhsulları Azərbaycana xaricdən gətirilirdi, o cümlədən bu gün də xaricdən gətirilir. Xaricdən gətirilsin, heç kim buna etiraz etmir, əksinə. Amma biz özümüzü təmin etməliyik. Həm kəndlilər, fermerlər bundan fayda götürər, həm də ölkəmizin ərzaq təhlükəsizliyi təmin olunacaqdır.

“Aqrolizinq” Səhmdar Cəmiyyətinin fəaliyyəti sayəsində Azərbaycanda artıq kənd təsərrüfatı texnikası istehsal olunmağa başlanmışdır. Bu da çox vacibdir. Biz maksimum dərəcədə yerli istehsalı gücləndirməliyik və bu, bizim iqtisadi sahədəki prioritet məsələlərimizdən biridir. Mən sahibkarlara da tövsiyə edirəm ki, onlar bu istiqamətdə bundan sonra da lazımi addımları atsınlar.

Şəhərlərimizin xarici görünüşü də dəyişir. Şəhərlər gözəlləşir, abadlaşır. Mən artıq iki ildir ki, rayonların icra hakimiyyətinin başçılarını ayrı-ayrı qruplarla Avropanın ən inkişaf etmiş ölkələrinin şəhərlərinə göndərirəm ki, orada onlar şəhər təsərrüfatı ilə tanış olsunlar, yaşadıqları bölgələrdə abadlıq işlərinə daha da yüksək zövqlə yanaşsınlar. Bu praktika çox müsbətdir. Biz bunu davam etdirəcəyik. Ancaq onu da demək istəyirəm ki, indi gözəllik görmək üçün, bəlkə də, Avropa məkanına getmək lazım deyildir. Bakının gözəlliyi, hesab edirəm ki, bütün bölgələr üçün nümunə olmalıdır. Biz Bakının tarixi simasını bərpa edirik, bütün tarixi binaları təmizləyirik, işıqlandırırıq. Bakıda infrastruktur layihələrinin icrası üçün çox böyük vəsait qoyulur, həm nəqliyyat, həm də kommunal infrastrukturuna, bütün başqa sahələrə. Bütün bölgələrdə buna oxşar proseslər getməlidir və gedir. Mən tez-tez rayonlara gedirəm, öz gözümlə görürəm. Görürəm ki, vaxtilə olan primitiv yanaşmanın, zövqsüz binaların sayı azalır və müasir, gözəl, adamın ürəyini açan, göz oxşayan yeniliklər meydana çıxır. Bu, çox vacibdir. Biz müasirliyə doğru gedirik. Xüsusilə də indi maddi imkanlarımız da var. Elə etməliyik ki, fərqi yoxdur, hər bir tikilən bina, gözəl müəssisə estetik baxımdan gözəl olsun. Ona görə, əlbəttə ki, mən icra hakimiyyətinin başçılarını bundan sonra da xaricə göndərəcəyəm.

Amma yenə də deyirəm, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməlidir. Artıq bizim başladığımız layihələr özünü göstərir. Nəzərdə tutulan layihələr icra olunandan sonra isə hamı görəcək ki, doğrudan da, Bakıda həm yaşamaq üçün, həm istirahət etmək üçün, həm də işləmək üçün çox gözəl imkanlar olacaqdır.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasına bir daha qayıtmaq istəyirəm. Bu məsələlər bu gün fasilədən sonra daha da müfəssəl qaydada müzakirə olunacaqdır. Bütün icra hakimiyyəti başçıları buradadır, onlar öz məsələlərini qoyacaqlar. Bütün nazirlər buradadır, onlar öz məsələlərini qoyacaqlar. Elə etməliyik ki, növbəti illərdə də regionların inkişafı bu sürətlə getsin.

Bir daha demək istəyirəm ki, ikinci, növbəti illər, 2009-2013-cü illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının hazırlanması işi başlanmışdır. Yəqin ki, bu barədə bu gün danışılacaqdır. Bütün yerlərdən tövsiyələr, yəni sifarişlər alınmışdır. Biz buna yenə də baxacağıq. Bu proqramda bütün problemlərin həlli məsələləri maksimum dərəcədə nəzərdə tutulacaqdır.

Yenə də Dünya Bankının Azərbaycan üzrə direktorunun çıxışına qayıtmaq istəyirəm. O da öz çıxışında bildirdi ki, növbəti proqramın icrasında Dünya Bankı bizimlə birlikdə işləmək arzusundadır. Biz bunu çox alqışlayırıq. Bizim əməkdaşlığımız çox uğurlu, Azərbaycan üçün çox vacib olmuşdur. Müstəqilliyimizin ilk illərində bizə maliyyə resursları lazım idi, indiki şəraitdə isə bizə daha çox tövsiyələr, məsləhətlər lazımdır. Regionların inkişafına dair ikinci proqramın nəticəsi bu olmalıdır ki, Azərbaycanda bütün infrastruktur dünya səviyyəsinə çatsın və Avropa Birliyinin meyarlarına bərabər olsun. Bu, bütövlükdə bizim siyasətimizin əsasıdır. Biz il yarım bundan əvvəl Avropa Birliyi ilə qonşuluq siyasətinə başlayanda, - proqramın müddəti 5 ildir, - məhz bu məqsədi qarşımıza qoymuşduq ki, beş il ərzində Azərbaycanda mümkün olan bütün meyarlar Avropa Birliyinin meyarlarına uyğunlaşdırılsın. İstər siyasi məsələlər, siyasi sistem, istərsə də iqtisadi, regional, infrastruktur baxımından. Avropa Birliyinin təcrübəsi çox müsbətdir və əlbəttə, əgər biz növbəti illərdə buna nail olsaq, demək olar ki, qarşımıza qoyduğumuz əsas məsələləri həll etmiş olarıq. Ona görə çox vacibdir ki, növbəti proqramda məhz bu meyarlar əsas götürülsün və proqramın icrası üçün lazımi tədbirlər görüləcəkdir. Maliyyə resursları, icra mexanizmləri təmin olunacaqdır. Birinci proqramın icrasında üzləşdiyimiz bəzi problemlər artıq aradan qaldırılacaqdır.

Bütövlükdə, demək istəyirəm ki, - mən bunu giriş sözümdə də dedim, - birinci proqramın əsas məsələləri 98 faiz həll olunmuşdur və növbəti illərdə biz bunu davam etdirəcəyik. Beləliklə, Azərbaycanın bölgələri inkişaf edəcək, Azərbaycan dövləti inkişaf edəcək və biz müasir, güclü dövlət yaradacağıq. Bu işdə sizin hamınıza uğurlar arzulayıram.

Sağ olun.

/Dövlətimizin başçısının nitqləri diqqətlə dinlənildi və hərarətli alqışlarla qarşılandı/.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

G7 sammiti: İqtisadi balanssızlıqlar, Ukrayna müharibəsi və Yaxın Şərq böhranı

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir

Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH

Milli Kitabxanada “15 İyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Kot-d’İvuar millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib