AZƏRBAYCAN PREZİDENTİNİN İCTİMAİ-SİYASİ İRSİ ÖYRƏNİLİR
Bakıdakı 140 nömrəli orta məktəbdə “Heydər Əliyevin ictimai-siyasi irsi və məktəblilərin təlim-tərbiyə məsələləri” mövzusunda praktik konfrans keçirilmişdir.
Məktəbin direktoru Ceyran Novruzova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, konfransdan əvvəl ayrı-ayrı siniflərdə “Heydər Əliyevin ictimai-siyasi irsini öyrənirik” mövzusunda açıq dərslər olmuşdur.
Suraxanı Rayon Təhsil Şöbəsinin müdiri Fərhad Həsənov konfransı açaraq təhsilimizin inkişafı ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sənədlərin əhəmiyyətindən danışmış, ölkəmizdə məktəblilərin yüksək səviyyədə təlim-tərbiyəsi üçün hər cür şərait yaradıldığını vurğulamışdır.
Konfransda Heydər Əliyevin ictimai-siyasi irsi haqqında geniş məruzələr dinlənilmişdir. Məruzələr ətrafında çıxış edən Azərbaycan Müəllimlər İnstitutunun prorektoru, professor Mircəfər Həsənov, Təhsil Problemləri İnstitutunun şöbə müdiri, pedaqoji elmləri doktoru Vidadi Xəlilov və başqaları görkəmli dövlət xadimi Prezident Heydər Əliyevin Azərbaycan təhsilinə həmişə böyük diqqət və qayğı göstərdiyini diqqətə çatdırmışlar.
Sonra məktəblilərin ifasında musiqili-ədəbi kompozisiya göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [11:50]
Nasar Hayat: "ASAN xidmət" modeli beynəlxalq səviyyədə də tanınır
- 17.06.2026 [10:38]
Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
- 17.06.2026 [10:04]
MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək
- 17.06.2026 [09:10]
Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]