AZƏRBAYCAN PROKURORLUĞUNUN YARADILMASININ 90 İLLİYİ ASTARADA QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Astara Rayon İcra Hakimiyyətində Azərbaycan Prokurorluğunun yaradılmasının 90 illiyinə və 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı gününə həsr olunmuş toplantı keçirilmişdir.
Əvvəlcə şəhərin Heydər Əliyev parkında ulu öndərin abidəsinin önünə gül dəstələri düzülmüş, ümummilli liderin xatirəsi ehtiramla yad edilmişdir.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayon ağsaqqallar şurasının sədri Hamlet Əliyev, rayon prokuroru Əlixan Əliyev və ictimaiyyətin nümayəndələri prokurorluq orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etmiş, ölkəmizdə hüquqi dövlət quruculuğunda, demokratik prinsiplərin inkişaf etdirilməsində, insan hüquq və azadlıqlarının qorunmasında prokurorluq işçilərinin əməyini yüksək qiymətləndirmişlər.
Sonda rayon prokuroru Əlixan Əliyevə rayon icra hakimiyyətinin fəxri fərmanı təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]