İQTİSADİYYAT
Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının iştirakı ilə İKT komitəsinin iclası keçirilib
Bakı, 14 fevral, AZƏRTAC
“Caspian European Club” çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) iştirakı ilə İKT komitəsinin iclası keçirilib.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, AQSİA və “Bakı Tekstil Fabriki” MMC-nin PR meneceri Hüseyn İsayevin iştirak etdiyi iclasda Azərbaycanda İKT sahəsinə dair məsələlər və problemlər müzakirə edilib, bir sıra təkliflər irəli sürülüb. Avropa standartlarına cavab verən yeni avadanlıqların alınması nəzərdən keçirilib.
AQSİA tərəfindən verilən təklifdə bir sıra dövlət orqanlarının onlayn sistemə keçərək dövlət büdcəsinə əlavə gəlir gətirə biləcək ideya irəli sürülüb. Təklifin məzmunu sıravi vətəndaşların da istifadə edə biləcəyi onlayn tender platformasının yaradılması və ölkə büdcəsinə dəstək olmasıdır.