Azərbaycan “Rəqəmli iqtisadiyyat” üzrə birinci nazirlər görüşündə təmsil olunub
Bakı, 16 iyun, AZƏRTAC
Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Lüksemburqda “Rəqəmli iqtisadiyyat” üzrə birinci nazirlər görüşü keçirilib. Tədbirdə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin müvafiq nazir və digər rəsmi şəxsləri iştirak edib. Azərbaycanı bu görüşdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, E.Vəlizadə tədbirdə ölkəmizdə rəqəmli bazarın mövcud vəziyyəti ilə bağlı çıxış edib. Nazir müavini ilə Avropa Komissiyasının vahid rəqəmli bazar üzrə komissarı Andrus Ansip arasında ikitərəfli görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Tədbirin sonunda bəyannamə qəbul olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]