AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR, MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİKLƏRİNİN VƏ BAŞ PROKURORLUĞUNUN XÜSUSİ MƏLUMATI
Avqustun 17-də saat 20.50 radələrində naməlum şəxs Bakı şəhəri Ü.Bünyadzadə küçəsində yerləşən Abu-Bəkr məscidinə pəncərədən partlayıcı maddə atmış, nəticədə 2 nəfər hadisə yerində ölmüş, 11 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilmişdir.
Hadisə yerinə DİN, MTN və Respublika Prokurorluğunun rəhbər vəzifəli şəxsləri gəlmiş, həmin qurumların yüksək ixtisaslı əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılmışdır. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılmışdır.
İctimai rezonans doğuran bu hadisənin açılması və cinayət törətmiş şəxslərin ifşa olunması ölkə Prezidenti tərəfindən xüsusi nəzarətə götürülmüşdür.
Cinayətin açılması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]