AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
2002-ci il noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olmuşdur.
Söhbət zamanı Prezidentlər Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafına dair bəzi mühüm məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
Telefon danışığı zamanı Prezident Vladimir Putin Rusiya-Avropa İttifaqı sammitində iştirak etmək üçün Brüsselə səfəri, orada Avropa İttifaqının sədri - Danimarkanın Baş naziri Anders Fox Rasmussen, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Xavyer Solana, Avropa Komissiyasının Sədri Romano Prodi, habelə NATO-nun Baş katibi Corc Robertson ilə keçirdiyi görüşlər haqqında Prezident Heydər Əliyevə məlumat vermişdir.
Söhbət dostluq və qarşılıqlı hörmət şəraitində keçmişdir.