AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə ABŞ dövlət katibinin birinci müavini Riçard Armitac zəng etmişdir.
Söhbətin əvvəlində cənab Riçard Armitac Prezident Heydər Əliyevin səhhəti və Klivlend klinikasında müalicəsi ilə maraqlanmışdır.
Ölkəmizin Prezidenti müalicəsinin gedişindən və nəticələrindən razı qaldığını bildirməklə yanaşı, yaradılan şəraitə görə ABŞ hökumətinə və şəxsən Prezident Corc Buşa öz təşəkkürünü ifadə etmişdir.
Daha sonra Amerika-Azərbaycan münasibətlərinə dair fikir mübadiləsi aparılmış, Prezident Heydər Əliyevin Vaşinqtonda Prezident Corc Buşla və ABŞ-ın digər rəsmi şəxsləri ilə keçirdiyi görüşlər yüksək qiymətləndirilmiş, ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]