Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşa, 15 iyun, AZƏRTAC

İyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkənin müstəqilliyi, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin tədbir iştirakçılarına müraciəti Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən səsləndirilib.

Konfransın açılışında çıxış edən Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə şəhərlər və kəndlər yenidən həyata qovuşur, məktəblərdə və uşaq bağçalarında uşaqların gülüş səsləri eşidilir. O bildirib ki, yeni tikilmiş müasir yaşayış komplekslərində isə keçmiş qaçqın və məcburi köçkünlər dövlət rəhbərliyi tərəfindən onlara hədiyyə edilmiş mənzillərdə yeni həyat qururlar.

“Bu gün işğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır. Onların yarıdan çoxunu keçmiş qaçqın və məcburi köçkünlər təşkil edir. Bu günə qədər Şuşada yerli və milli əhəmiyyətli təxminən 30 abidə bərpa olunub”, - deyə A.Kərimov vurğulayıb.

Konfrans çərçivəsində keçirilən “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” mövzusunda sessiyada Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, 15 İyun Azərbaycan xalqı və dövləti üçün olduqca böyük əhəmiyyətə malik iki mühüm hadisə ilə əlamətdardır: “Bundan 33 il əvvəl – 1993-cü ilin iyunun 15-də xalqımızın Ümummilli Lideri, müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi əbədi həkk olunub. Bu, Azərbaycan dövlətçiliyinin xilası, real müstəqilliyin təmini və qorunub saxlanılması baxımından taleyüklü dönüş nöqtəsi olub. Vaxtilə dünyanın aparıcı geosiyasi güc mərkəzlərindən biri olan SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində digər bir sıra postsovet ölkələri kimi ağır sınaqlarla üzləşmişdi. Daxili siyasi böhranın və iqtisadi tənəzzülün dərinləşməsi, qarşıdurmaların və separatizm meyillərinin güclənməsi, xarici təhdidlərin artması fonunda Ermənistanın hərbi təcavüzü Azərbaycanın parçalanması, hətta dünya xəritəsindən silinməsi təhlükəsini meydana çıxarmışdı. Belə mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdıb və Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarıb".

O vurğulayıb ki, 15 iyun tarixi həm də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlamətdardır: “5 il əvvəl – 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə xidmət edən və gələcəyə konseptual-strateji baxışı ortaya qoyan bir sənəddir. Bəyannamənin imzalanması ilə keyfiyyətcə yeni mərhələyə yüksələn Azərbaycan-Türkiyə münasibətləri bu gün regional təhlükəsizlik arxitekturasının ən önəmli sütunlarından biri kimi çıxış edir. Bu gün iftixarla söyləyirik ki, Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan Şuşa Bəyannaməsi Ümummilli Liderimizin əbədiyaşar ideyalarını özündə əks etdirən Milli Qurtuluş məfkurəsinin müasir geosiyasi şəraitdə məntiqi davamıdır”.

YAP Sədrinin müavini vurğulayıb ki, sülh, təhlükəsizlik və firavanlıq naminə səylərin birləşdirilməsi dövlətlərin gələcək nəsillər qarşısında başlıca siyasi məsuliyyətidir: “Bu gün Şuşadan verilən mesajlar yalnız Cənubi Qafqaza deyil, bütün dünyaya ünvanlanır. Bu çağırışların mahiyyəti ondan ibarətdir ki, güclü dövlətçilik, qarşılıqlı hörmət, beynəlxalq hüquq normalarına əsaslanan fəaliyyət və bərabərhüquqlu əməkdaşlıq davamlı sülhün ən etibarlı təminatçısıdır. Konfransımızın regionda sülh quruculuğuna önəmli töhfə verəcəyinə və faydalı nəticələrlə yadda qalacağına inamımı ifadə edərək, hər birinizə fəaliyyətinizdə uğurlar arzulayır və diqqətinizə görə təşəkkürümü bildirirəm”.

Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov, Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri və partiyanın parlament fraksiyasının rəhbəri Aktam Xaitov, Laos Xalq İnqilab Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komitəsinin Tədqiqat və çoxtərəfli əlaqələr departamentinin baş direktoru Sayavonq Bunyadet, eləcə də Moldova parlamentinin üzvü Pavel Voyku çıxış edərək, qlobal çağırışlar fonunda sülhün və təhlükəsizliyin təmin olunmasında siyasi dialoqun əhəmiyyətindən danışıblar.

Çıxışlarda partiyalararası əməkdaşlığın dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verdiyi qeyd olunub.

Konfrans çərçivəsində keçirilən “Regional layihələr və transsərhəd əməkdaşlıq: Dayanıqlı sülhün iqtisadi əsasları” mövzusunda sessiyada Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey, Kamboca Xalq Partiyası Mərkəzi Komitəsinin Daimi Komitəsinin üzvü, Kamboca Krallığı Senatının ikinci vitse-prezidenti Tun Vathana, Ukrayna Ali Radasının Humanitar və informasiya siyasəti komitəsinin sədri, ATƏT Parlament Assambleyasında Ukrayna nümayəndə heyətinin rəhbəri Mikita Poturayev, eləcə də Pakistanın Muslim İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi və xüsusi nümayəndəsi Malik Asif Tanver çıxış ediblər.

Natiqlər regional layihələrin və transsərhəd əməkdaşlığın iqtisadi inkişafın sürətləndirilməsində, qarşılıqlı asılılığın gücləndirilməsində və dayanıqlı sülhün təmin olunmasında mühüm rol oynadığını vurğulayıblar. Çıxışlarda nəqliyyat dəhlizlərinin, ticarət əlaqələrinin və birgə investisiya layihələrinin regionlar arasında əməkdaşlığı genişləndirdiyi, iqtisadi inteqrasiyanı dərinləşdirdiyi və xalqlar arasında etimadın möhkəmlənməsinə töhfə verdiyi qeyd olunub.

“Postmünaqişə dövründə yenidənqurma: Şəhərsalma sahəsində müasir çağırışlar” mövzusunda keçirilən panel sessiyada Belarusun “Belaya Rus” Partiyasının sədri Olqa Çemodanova, Tacikistan Xalq Demokratik Partiyası sədrinin müavini Umeda Abdullozoda, Şimali Makedoniya Türk Demokratik Partiyasının sədri Zülfikar Zeynula, Serbiya Tərəqqipərvər Partiyası İdarə Heyətinin üzvü və Serbiya Milli Assambleyasının üzvü Daniela Nikoliç, eləcə də “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının Gənclər Təşkilatının sədri, Gürcüstan parlamentinin üzvü Varlam Liparteliani çıxış ediblər.

Natiqlər postmünaqişə dövründə yenidənqurma prosesinin yalnız infrastrukturun bərpası ilə məhdudlaşmadığını, eyni zamanda, sosial rifahın təmin olunmasını, iqtisadi fəallığın canlandırılmasını və insanların doğma yurdlarına təhlükəsiz qayıdışı üçün şərait yaradılmasını əhatə etdiyini vurğulayıblar. Çıxışlarda müasir şəhərsalma yanaşmalarının, innovativ texnologiyaların və dayanıqlı inkişaf prinsiplərinin tətbiqinin bərpa prosesinin effektivliyini artırdığı qeyd olunub. Həmçinin postmünaqişə ərazilərində həyata keçirilən yenidənqurma layihələrinin uzunmüddətli sülhün, sabitliyin və regional inkişafın möhkəmləndirilməsinə xidmət etdiyi diqqətə çatdırılıb.

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda Şuşada keçirilən beynəlxalq konfrans Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Panel müzakirələrində Türkiyədən, Çindən, Özbəkistandan, Türkmənistandan, Serbiyadan, Gürcüstandan, Kambocadan, Laosdan və digər ölkələrdən olan siyasətçilər, parlament üzvləri, diplomatlar və siyasi partiyaların nümayəndələri çıxış edərək, qlobal təhlükəsizlik, regional əməkdaşlıq, iqtisadi inteqrasiya, postmünaqişə dövründə yenidənqurma və dayanıqlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Konfrans iştirakçıları Şuşa şəhərinin tarixi məkanları, aparılan tikinti və yenidənqurma işləri ilə tanış olublar. Daha sonra Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovun təqdimatı əsasında rayon ərazisində həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumatlandırılan iştirakçılar istehsal müəssisələrini də ziyarət ediblər.

09:19

İyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkənin müstəqilliyi, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin tədbir iştirakçılarına müraciəti Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən səsləndirilib.

Konfrans çərçivəsində “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası”, “Regional layihələr və transsərhəd əməkdaşlıq: dayanıqlı sülhün iqtisadi əsasları” və “Postmünaqişə dövründə yenidənqurma: şəhərsalma sahəsində müasir çağırışlar” mövzularında panel sessiyalar təşkil olunacaq.

Panel müzakirələrində müxtəlif ölkələrdən olan siyasətçilər, parlament üzvləri, diplomatlar və siyasi partiyaların nümayəndələri çıxış edərək qlobal təhlükəsizlik, regional əməkdaşlıq, iqtisadi inteqrasiya, postmünaqişə dövründə yenidənqurma və dayanıqlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar.

Müxbir - Elmir Səftərov
Fotoqraf - İlqar Cəfərov
Operator - Ceyhun Mustafayev
Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub