Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarına hörmət və ehtiram göstərərək, azadlıq və demokratiya ideallarına sədaqəti bir daha nümayiş etdirərək, humanizm və insanpərvərlik ənənələrini davam etdirərək, məhkum olunmuş şəxslərin əfv edilməsi haqqında müraciətlərə baxaraq, cinayətlərin törədilməsi şəraitini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzaları yüngülləşdirən halları, törədilmiş cinayətlərin nəticəsində vurulmuş maddi zərərin ödənilməsini, məhkumların şəxsiyyətlərini, onların törətdikləri əməldən peşmançılıq çəkdiklərini, səhhətini, ailə vəziyyətini, cəzalarının münyyən hissəsini çəkdiklərini, cəza çəkdikləri müddətdə davranışını, əməyə və təhsilə münasibətlərini nəzərə alaraq, məhkum edilmiş şəxslərin qanunların tələblərinə uyğun hərəkət etməklə tezliklə cəmiyyətə qovuşacaqlarını arzulayaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 95 məhkumun əfv olunması haqqında 2001-ci il avqustun 17-də Fərman imzalamışdır.

        Fərmana əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən 1 nəfərin cəzası 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 14 əlil və xəstə, hərbi hissəni və ya qulluq yerini özbaşına buraxıb getmə, fərarilik və digər cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 19 şəxs, müxtəlif növ cinayətlər törətmiş və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş digər 47 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, 23 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır.

        Cəzadan azad edilən 7 nəfər 2001-ci ilin yanvar-fevral aylarında Bakı şəhərində ictimai qaydanı kobud surətdə pozan hərəkətlərdə iştirak edən şəxslərdir. Onlar Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış müraciətlərində Qarabağ Əlillər Cəmiyyətinin sabiq sədri Etimad Əsədov və onun arxasında duran siyasi qüvvələr tərəfindən aldandıqlarını, bu qüvvələrin öz siyasi maraqlarını, dövlətçilik əleyhinə çirkin niyyətlərini həyata keçirmək üçün Qarabağ döyüşlərində əlil olmuş şəxslərin imkansızlığından istifadə etdiklərini göstərərək Etimad Əsədov kimi siyasi oyunbazların cəzalandırılmasını tələb etmişlər. Daha sonra əlillər dövlət başçısına el atası kimi müraciət edərək törətdikləri cinayətlərdən səmimi peşmançılıq çəkmələrini, qanunların tələblərinə əməl edəcəklərini, Azərbaycan dövlətçiliyi naminə canlarından keçməyə hazır olduqlarını bildirməklə onlara mərhəmət göstərilərək əfv olunmalarını xahiş etmişlər.

        Əfv olunanların arasında cəzadan azad olunan 53 məhkum Azərbaycan Respublikasının müstəqilliyinə, dövlətçiliyinə və ərazi bütövlüyünə qarşı törədilmiş cinayətlərdə iştirak etmiş şəxslərdir.

        Onlardan 10 nəfəri 1994-cü ilin oktyabr ayında qanunvericilikdə nəzərdə tutulmayan silahlı dəstələrin tərkibində Gəncə şəhərində baş vermiş dövlət çevrilişi cəhdində, 39 nəfəri isə, o cümlədən 16 nəfəri Daxili İşlər Nazirliyinin sabiq xüsusi təyinatlı polis dəstəsinin əməkdaşları, hərbi qulluqçular və bu cinayətə qoşulmuş mülki şəxslər 1995-ci ilin mart ayında Bakı şəhərində, Qazax və Ağstafa rayonlarında Respublikada hakimiyyəti zorakılıqla ələ keçirmək məqsədi ilə Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı düzəldilmiş sui-qəsddə iştirak etmişlər.

        Bundan əlavə, əfv olunmuş 2 məhbus 1995-ci ilin iyul-avqust aylarında Azərbaycan Respublikası Prezidentinin həyatına sui-qəsdin hazırlanmasında, 2 məhbus isə 1993-cü ilin oktyabr və 1994-cü ilin avqust aylarında Naxçıvan Muxtar Respublikasında qanunsuz silahlı qrupların tərkibində ağır nəticələrə səbəb olan cinayətlərdə iştirak etmiş şəxslərdir.

        Bütün göstərilən şəxslər əfv barədə müraciətlərində törətdikləri cinayət əməllərindən peşmançılıq çəkdiklərini, islah olunduqlarını bildirərək azadlığa buraxıldıqdan sonra dövlətimizin qanunları çərçivəsində hərəkət etməyi vəd etmişlər.

        Azərbaycan Respublikasının Prezidenti bu şəxslərin ağır cinayətlərin törədilməsində, hətta öz həyatına belə sui-qəsdin hazırlanmasında iştirak etmələrinə baxmayaraq, humanizm və insanpərvərlik kıimi yüksək ideallara sədaqətini təsdiq edərək, bu şəxslərə bir daha etimad göstərilməsini mümkün hesab etmişdir.

        Bu Fərmanla əfv olunmuş, lakin fərarilik edərək hərbi borcunu yerinə yetirməmiş hərbi qulluqçuların cəzadan azad olunduqdan sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmətlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.

        Azadlıqdan məhrum etmə yerlərindən azad olunmuş məhbusların reabilitasiyası məsələlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinə müvafiq tapşırıqlar verilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO