Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycan Respublikası Xatirə Kitabı”nın xüsusi buraxılışının təqdimatı olub

Bakı, 3 dekabr, AZƏRTAC

Ermənilər tərəfindən xalqımıza qarşı dəfələrlə qanlı cinayətlər törədilib. Ermənistanın əsassız ərazi iddiaları, torpaqlarımızın işğal edilməsi soydaşlarımızın doğma ata-baba torpaqlarından didərgin düşməsinə səbəb olub. Rəsmi sənədlərə əsasən, Dağlıq Qarabağda elan olunmamış müharibə nəticəsində 3 mindən çox soydaşımız itkin düşüb, əsir və girov götürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev “Azərbaycan Respublikası Xatirə Kitabı”nın xüsusi buraxılışının təqdimat mərasimində danışıb.

“Əsir və girov götürülmüş vətəndaşlarımıza ermənilər tərəfindən insanlıqla bir araya sığmayan işgəncələr verilib, görünməmiş vəhşiliklər törədilib. Bu insanların xatirəsinin əbədiləşdirilməsi və beynəlxalq ictimaiyyət üçün mühüm tarixi sənəd funksiyasını yerinə yetirəcək faktlara istinadla nəşrlərin hazırlanması məqsədilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Respublika Xatirə Kitabı redaksiyası fəaliyyətə başlayıb. Ötən müddətdə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlılar, 20 Yanvar və Xocalı faciəsində, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında çoxcildlik ensiklopediya hazırlanıb. Xatirə kitabının 16 cildi çap olunub, 17-ci cildi nəşrə hazırlanır”, - deyə mədəniyyət nazirinin birinci müavini qeyd edib.

Kitabın əhəmiyyətini yüksək qiymətləndirən Vaqif Əliyev bildirib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu ilə birgə Xatirə Kitabı dörd cildlik olmaqla xüsusi nəşrə hazırlanır. Bu gün həmin kitabın birinci cildinin təqdimat mərasimi keçirilir. Xüsusi buraxılışlarda Qarabağ münaqişəsi zamanı itkin düşmüş, əsir və girov götürülmüş 3 mindən çox vətəndaşımız haqqında Azərbaycan və ingilis dillərində ensiklopedik məlumatlar yer alacaq. Birinci cilddə 921 nəfər barədə məlumatlar əksini tapıb.

Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi cinayətlərin həmişə öz xüsusi amansızlığı ilə seçildiyini diqqətə çatdıran kitabın baş redaktoru Nəzakət Məmmədova deyib: “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə aparılan araşdırmalar zamanı erməni vandallarının soydaşlarımıza qarşı törətdiyi cinayətlər, ağır işgəncələr və məqsədyönlü şəkildə aparılan soyqırımı siyasəti bütün detalları ilə araşdırılıb. Erməni millətçilərinin əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı törətdiyi cinayətlərin dünya ictimaiyyətinə çatdırılması hər birimizin mənəvi borcudur. Məhz bu məqsədlə hazırladığımız 3 min 875 nəfərin taleyindən bəhs edən Respublika Xatirə Kitabının dörd cildlik xüsusi buraxılışının birinci cildi oxuculara təqdim olunur”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Eldar Səmədov çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı humanitar problem, əsir düşmüş və girov götürülmüş insanlarla bağlı məlumat verib. O bildirib ki, kitabın nəşrə hazırlanması zamanı itkin düşmüş şəxslərin siyahısının dəqiqləşdirilməsi Komissiya sədrinin şəxsi nəzarəti ilə aparılıb. Kitab Vətən torpaqları uğrunda həlak olmuş, itkin düşmüş insanların xatirəsinə dövlətimizin başçısı tərəfindən göstərilən diqqətin bariz nümunəsidir. Bu günə olan məlumata əsasən, Dövlət Komissiyasında 3 min 888 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdan keçib.

Yeni nəşrin ölkəmizin ictimai-siyasi və mədəni həyatında xüsusi əhəmiyyət kəsb etdiyini bildirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Xatirə kitabı redaksiyasının çox nəcib və müqəddəs bir missiyanı yerinə yetirdiyini söyləyib.

Redaksiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində həlak olmuş, itkin düşmüş və girov götürülmüş vətəndaşlarımızla bağlı materialların toplanıb dərc edilməsi ilə bağlı böyük missiyanı üzərinə götürdüyünü qeyd edən Ə.Mehdiyev deyib: “Bu, olduqca vacib və əhəmiyyətli işdir. Azərbaycan torpaqlarının erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi bizim ən ağrılı problemimizdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin bütün fəaliyyəti bu problemin həllinə yönəlib. Burada həm maddi ziyan, həm mənəvi məhrumiyyətlər, bütün itkilər ən vacib məsələlər kimi gündəlikdə dayanır, bütün qüvvələrimiz bu məsələlərin həlli istiqamətində səfərbər olunub. Dövlətimiz bu gün ordu quruculuğuna, münaqişə ilə bağlı meydana çıxan problemlərin həllinə böyük diqqət göstərir. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində şəhid ailələri və müharibə əlilləri yeni mənzillərlə təmin edilir. İndiyədək bu kateqoriyadan olan insanlara 5 min 500-dən çox fərdi ev və mənzil paylanılıb, ilin sonunadək də təxminən 500 mənzilin verilməsi nəzərdə tutulur”.

Ə.Mehdiyev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə başlanmış bu işlər Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin tapşırığına əsasən, son 15 ildə şəhid ailələrinə və müharibə əlillərinə 6 minə yaxın minik avtomobili verilib, onlar hərtərəfli qayğı ilə əhatə olunub.

“Xatirə kitabının nəşr edilməsi dövlətimizin başçısının bu məsələlərə daha bir qayğısı kimi qiymətləndirilməlidir. Bu, ilk nəşrdir ki, Qarabağ münaqişəsi dövründə itkin düşmüş, həlak olmuş insanlar haqqında məlumatları ictimaiyyətə çatdırır. Belə bir nəşrin ərsəyə gəlməsi bizim həm mənəvi borcumuzdur, həm də şəhidlərimizin və itkin düşmüş vətəndaşlarımızın xatirəsinə ehtiramın ifadəsidir. Kitabın digər mühüm əhəmiyyəti ondadır ki, burada hər bir insan haqqında toplanmış məlumatlar gələcək tədqiqatlar üçün baza yaradır. Nəşrdə yer alan məlumatlar hər hansı əsərin və filmin mövzusu ola bilər” deyən Ə.Mehdiyev kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova, Əməkdar Elm Xadimi Qəzənfər Paşayev və başqaları kitabla bağlı fikirlərini bölüşüb, yeni nəşrin əhəmiyyətini vurğulayıblar.

Çıxış edənlər Xatirə kitabının nəşrinə göstərdiyi böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək