AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Yüksək vəzifəyə - Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi MDB Qiymətləndiricilər Birlikləri Şurası adından təbrik edirəm. Geniş MDB məkanında İlham Əliyevi yeni minilliyin başlanğıcında suveren Azərbaycanın siyasi səmasında parlaq ulduz kimi tanıyırlar.
Bir neçə ay əvvəl MDB Qiymətləndiricilər Birlikləri Şurası Bakıda qiymətləndiricilərin beynəlxalq konqresini keçirmişdir. Onun keçirildiyi vaxt zəmanəmizin görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin 80 illik yubileyinə təsadüf etmişdir. Bu konqresin iştirakçıları Azərbaycanın uğurlarını öz gözləri ilə görüb yəqin edə bildilər. Azərbaycanın son 10 ildəki sosial-iqtisadi tərəqqisi hörmət hissləri doğurmaya bilməz.
Sizin Azərbaycan Respublikasının Baş naziri təyin olunmağınız barədə xəbər ümid yaradır ki, bu uğurlar artırılacaq, Heydər Əliyevin ənənələri və xətti davam etdiriləcək, Azərbaycan isə daha güclü və demokratik dövlət olacaqdır. Sizi əmin edirik ki, MDB ölkələrinin qiymətləndiriciləri peşəkarlar olaraq Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafına öz töhfələrini verməyə hazırdırlar.
Dərin hörmətlə,
Nikolay Trifonov,
MDB Qiymətləndiricilər Birlikləri Şurasının baş direktoru.
Minsk, 18 avqust 2003-cü il.