AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Baş naziri təyin olunmağınız münasibətilə Xorvatiya Respublikasının Xarici İşlər Nazirliyi adından Sizi məmnuniyyətlə və hərarətlə təbrik edir, Sizə şəxsi uğur, ölkənizə və vətəndaşlarınıza firavanlıq arzularımı yetirirəm.
İcazə verin, bu imkandan istifadə edib əminliyimi bildirim ki, ölkələrimiz arasındakı qarşılıqlı inam və əməkdaşlığa əsaslanan dostluq münasibətləri bundan sonra da inkişaf edəcəkdir.
Tonin Pitsula
Xorvatiya Respublikasının xarici
işlər naziri
Zaqreb şəhəri, 20 avqust 2003-cü il.