AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti kimi yüksək vəzifəyə seçilməyiniz münasibətilə Sizi Qazaxıstan xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.
Seçkilərdə Sizin inamlı qələbəniz dəyişikliklər ölkənin xəttinə, atanız möhtərəm Heydər Əlirza oğlunun qətiyyətlə və ardıcıllıqla apardığı dövlətçiliyin və inteqrasiyaların möhkəmləndirilməsi siyasətinə sadiqliyinə sübutdur. Siz xalqın nüfuz və hörmətini qazanaraq, yüksək etimad əldə etmisiniz və şübhəsiz, bu etimadı şərəflə doğruldacaqsınız.
Əmin olduğumu bildirirəm ki, dövlətlərimizin dostluq münasibətlərinin inkişafı yeni təkan alacaq, qarşılıqlı surətdə faydalı əməkdaşlığımız isə xalqlarımızın rifahı naminə möhkəmlənəcək və inkişaf edəcəkdir.
Sizə uğurlar, Azərbaycan xalqına sülh və tərəqqi arzulayıram!
Hörmətlə,
Nursultan Nazarbayev,
Qazaxıstan Respublikasının Prezidenti
Astana, 15 oktyabr 2003-cü il.