AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizi belə inandırıcı qələbə münasibətilə təbrik etməyə tələsirəm.
Qardaş Azərbaycan xalqı öz seçimini etdi. Azərbaycan hökumətinin başçısı vəzifəsində göstərdiyiniz yüksək peşəkarlıq və dərin bilik, habelə Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmlənməsi naminə Heydər Əlirza oğlunun başladığı işi davam etdirmək enerjisi və əzmkarlığı Sizə həmvətənləriniz arasında yekdil dəstək, etimad və yüksək hörmət qazandırmışdır.
Gürcüstanda Sizi sədaqətli dost və xalqlarımızın dostluq və qardaşlığının daha da möhkəmlənməsinin tərəfdarı kimi tanıyırlar.
Əminəm ki, Heydər Əlirza oğlu kimi, Siz də Azərbaycanın və Gürcüstanın səmərəli və qarşılıqlı surətdə faydalı əməkdaşlığının dərinləşməsinə kömək edəcəksiniz.
Sonda Sizə Vətənə xidmətinizdə uğurlar arzulamaq və ən xoş diləklərimi yetirmək istəyirəm.
Səmimiyyətlə Sizin,
Eduard Şevardnadze,
Gürcüstanın Prezidenti.
Tbilisi, 16 oktyabr 2003-cü il.