AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Seçkilərdə inamlı qələbəniz və Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Beynəlxalq İdman Təşkilatları Konfederasiyasının tapşırığı ilə səmimiyyətlə təbrik edirəm.
MDB ölkələrinin idman ictimaiyyəti bu hadisəni nəinki xalqın etimadı kimi dəyərləndirir, həm də respublikada, Birlik ölkələrinin bütün məkanında idmanın inkişafına şəxsi töhfənizin qiymətləndirilməsi hesab edir.
Əminik ki, yüksək vəzifəniz Sizə 2005-ci ildə respublikanın paytaxtı Bakı şəhərində MDB ölkələrinin beynəlxalq idman oyunlarının uğurla keçirilməsində idman təşkilatlarına kömək etməyə imkan verəcəkdir. Bu oyunların uğurla keçirilməsi millətin sağlamlaşdırılması və MDB ölkələri xalqlarının dostluğunun qorunub saxlanması ilə bağlı niyyətlərinizin real təcəssümü olacaqdır.
Sizə uğurlar diləyir və belə layiqli rəhbər seçmiş Azərbaycan xalqına ən xoş arzularımızı yetiririk.
Hörmətlə,
Boris Roqatin,
Beynəlxalq İdman Təşkilatları
Konfederasiyasının prezidenti.
Moskva, 16 oktyabr 2003-cü il.