AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Mən istərdim ki, Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə sevinc dolu təbriklərimi Sizə yetirim. Sizin seçilməyiniz Azərbaycan xalqının Sizin liderlik keyfiyyətlərinizə verdiyi qiymətin və Sizə olan yüksək inamının ifadəsidir.
Böyük məmnuniyyət hissi ilə vurğulayıram ki, ölkələrimiz ənənəvi olaraq yaxın və səmimi münasibətlər çərçivəsində əməkdaşlıq etmişlər. Bizim həqiqi arzumuzdur ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq telləri gələcəkdə qarşılıqlı maraqlarımıza uyğun olaraq daha da möhkəmlənsin.
Mən istərdim ki, səmimi və ən xoş arzularımı Zati-alinizə yetirim, Azərbaycan xalqına xoşbəxtlik və davamlı tərəqqi arzulayım.
Zati-aliləri, xahiş edirəm, Sizə olan yüksək ehtiram hisslərimi qəbul edəsiniz.
General Pərviz Müşərrəf
Pakistan İslam Respublikasının Prezidenti
İslamabad, 18 oktyabr 2003-cü il.