AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikası Prezidentinin seçkilərində heyrətamiz qələbəniz münasibətilə “İTERA” Beynəlxalq şirkətlər qrupu rəhbərliyinin və çoxminli əməkdaşlar kollektivinin ən səmimi təbriklərini qəbul edin.
Ümumxalq səsverməsinin nəticələri inandırıcı şəkildə göstərdi ki, Azərbaycan xalqı ölkənin iqtisadi və sosial tərəqqi yolu ilə daha da inkişaf etməsinə, dövlətçiliyin möhkəmlənməsinə və cəmiyyətin demokratikləşməsi prosesinin dərinləşməsinə olan ümidlərini Sizin adınızla bağlayır.
Bu gün Azərbaycan Respublikasında və onun hüdudlarından uzaqlarda Siz insanların ehtiyaclarına bələd olan, hərtərəfli biliyə və təşkilatçılıq istedadına malik, ölçülüb-biçilmiş qərarlar qəbul etməyə və onları ardıcıl surətdə həyata keçirməyə qadir fəal siyasətçi və ictimai xadim kimi tanınmısınız. Əminik ki, Sizin bu və bir çox digər gözəl işgüzar və insani keyfiyyətləriniz qarşınızda duran genişmiqyaslı və mürəkkəb vəzifələrin həyata keçirilməsində Sizə kömək edəcəkdir.
Biz hamımız xüsusilə şadıq ki, Sizin gözəl ölkənizdə ali dövlət vəzifəsinə yanacaq-energetika sahəsinin problemlərini yaxşı bilən və ölkənin ən iri neft-qaz şirkəti rəhbərliyinin tərkibində sanballı məktəb keçən insan seçilmişdir.
Sizi əmin edirik ki, “İTERA” Beynəlxalq şirkətlər qrupu bundan sonra da azərbaycanlı tərəfdaşları ilə səmərəli əməkdaşlığın inkişaf etdirilməsinə və Azərbaycan Respublikası rəhbərliyinin yanacaq-energetika sahəsində həyata keçirdiyi sosial-iqtisadi proqramların gerçəkləşdirilməsinə əlindən gələn töhfəni verməyə çalışacaqdır.
Sizə möhkəm cansağlığı, günəşli Azərbaycanın və onun əməksevər xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq!
Səmimi hörmətlə,
İqor Makarov
“İTERA” Beynəlxalq şirkətlər qrupunun prezidenti
Moskva, 16 oktyabr 2003-cü il.