AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin. Əmin olduğumu bildirirəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan regionda sabitliyin dayağına çevriləcəkdir ki, bu da qonşu ölkələr üçün olduqca vacibdir. Dövlət xadimi və uzaqgörən siyasətçi keyfiyyətləriniz Sizə həm Azərbaycanda, həm də onun hüdudlarından uzaqlarda böyük hörmət qazandırmışdır. Sizin böyük həyat təcrübəniz, təşkilatçılıq istedadınız, yüksək insani keyfiyyətləriniz və həmfikirləri öz ətrafında birləşdirmək bacarığınız Sizə istənilən şəraitdə düzgün qərarlar tapmağa və istənilən vəzifənin öhdəsindən gəlməyə imkan verir.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə fəaliyyətinizdə səmimi qəlbdən yeni uğurlar arzulayıram.
Hörmətlə,
Viktor Kalyujnı
Rusiya Federasiyası xarici işlər nazirinin müavini, Rusiya Federasiyası Prezidentinin Xəzər dənizinin statusunun tənzimlənməsi məsələləri üzrə xüsusi nümayəndəsi
Moskva, 16 oktyabr 2003-cü il.