AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Dövlət müstəqilliyi günü münasibətilə ”Mir” Dövlətlərarası Teleradio Şirkətinin çoxmillətli kollektivinin səmimi təbriklərini qəbul edin.
Biz işlərimizə və problemlərimizə daim xeyirxah münasibət göstərdiyinə görə respublika rəhbərliyinə dərindən minnətdarıq. Bu, bütün “Mir” teleradio şirkətinə və əlbəttə, onun Azərbaycandakı milli nümayəndəliyinə çətin təşəkkül yolunu keçib getməyə və öz fəaliyyətində yeni mərhələyə qədəm qoymağa imkan vermişdir.
İcazə verin, bu gözəl fürsətdən istifadə edərək Sizə bildirim ki, oktyabrın 1-dən etibarən biz təsisçi dövlətlərin hökumətləri tərəfindən “Mir”ə verilmiş tezliklərdə hər gün 10 saatlıq televiziya yayımına başlamışıq. Ümidvarıq ki, yaxın vaxtlarda “Mir” Azərbaycanda da tezlik alacaq və bu, bizə Azərbaycan xalqının həyatını Birlik ölkələrində, Baltikyanı ölkələrdə və Azərbaycanın özündə televiziya ekranlarında daha geniş göstərməyə imkan verəcəkdir. Qəti əminik ki, dövlətlərarası yayıma Sizin diqqətiniz onun gələcək inkişafına çox müsbət təsir göstərəcəkdir.
Sizə möhkəm cansağlığı, yüksək və çox çətin vəzifənizdə uğurlar, böyük Azərbaycan xalqına sülh, tərəqqi və həmrəylik arzulayıram.
Səmimi ehtiramla,
Viktor Senin
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin prezidenti
Moskva, 17 oktyabr 2003-cü il.