AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikası prezidentinin seçkilərində parlaq qələbəniz münasibətilə Sizi təbrik edirəm.
Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti Sizə səs vermiş və bununla da, ölkədə sülhü və sabitliyi qoruyub saxlamağa, iqtisadi yüksəlişi və cəmiyyətin modernləşdirilməsini təmin etməyə, Qarabağ probleminin ədalətlə nizama salınmasına nail olmağa çalışdığını təsdiqləmişdir.
Sizə göstərilən etimad bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycan Respublikasının xalqı və rəhbərliyi öz prinsipial mövqelərində və gələcəklə bağlı niyyətlərində yekdildirlər.
Siz yeni formasiyalı lider, işə və milli ideyaya sadiq siyasətçisiniz.
Sizə bu vəzifədə hər cür uğurlar, qarşınızda duran mürəkkəb məsələlərin həllində cəsarət və səbr arzulayıram.
Sizin qələbənizi bayram edərək, seçki kampaniyasını qısa bir müddətdə qeyri-adi inandırıcılıqla və düzgün aparmaq, siyasi xəttin varisliyinə təminat vermək və qeyd-şərtsiz qələbə qazanmaq bacarığınıza və qabiliyyətinizə də heyran qaldığımı bildirmək istərdim.
Sizi bir daha təbrik edirəm.
Hörmətlə, həmişə Sizin
Toğrul Bağırov
Moskva Beynəlxalq neft-qaz klubunun prezidenti
Moskva, 17 oktyabr 2003-cü il.