AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri, Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirik. Məmnunuq ki, Azərbaycan xalqı yeganə düzgün və doğru qərar qəbul edərək, Sizi bu yüksək vəzifəyə seçdi. Bunu etməklə xalq əmindir ki, Siz ölkənizin və millətinizin firavanlığı üçün bütün səylərinizi əsirgəməyəcək, təcrübəli və alicənab atanızı layiqincə əvəz edəcəksiniz. Ümidvarıq ki, ölkələrimiz arasında uzunmüddətli və ənənəvi dostuq və əməkdaşlıq gələcəkdə daha da genişlənəcək və möhkəmlənəcəkdir. Sizə bir daha səmimi təbriklərimizi çatdırırıq və ən yüksək hörmət və ehtiramımızı qəbul etməyinizi xahiş edirik. Səmimiyyətlə Sizin,Cansuq Baqrationi,Gürcüstan Milli Olimpiya Komitəsinin Prezidenti.Emzar Zenaşvili,Gürcüstan Milli Olimpiya Komitəsinin baş katibi.