AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Yüksək vəzifəyə - Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi Qırğızıstan xalqı adından və şəxsən öz adımdan səmimiyyətlə təbrik edirəm.
Əminəm ki, məsul dövlət başçısı vəzifəsində məqsədyönlü səmərəli fəaliyyətiniz və həyat enerjiniz Azərbaycanın əvvəlki Prezidenti, hörmətli Heydər Əlirza oğlu Əliyev tərəfindən başlanmış islahatlar xəttini uğurla davam etdirməyə imkan verəcək, Azərbaycan Respublikasının müstəqilliyinin, beynəlxalq aləmdə yüksək nüfuzunun möhkəmlənməsinə və Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcəkdir. İnanıram ki, Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında yaranmış dostluq münasibətləri Dostluq və əməkdaşlıq haqqında müqavilə ruhunda xalqlarımızın rifahı naminə bundan sonra da daim inkişaf edəcəkdir.
Fürsətdən istifadə edərək, Sizə yüksək dövlət vəzifəsində işlərinizdə böyük uğurlar, dost Azərbaycan Respublikasının xalqına isə sülh, tərəqqi və firavanlıq arzulamaq istərdim.
Hörmətlə,
Əsgər Akayev,
Qırğızıstan Respublikasının Prezidenti.
Bişkek, 20 oktyabr 2003-cü il.