AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikası Prezidentinin seçkilərində qələbəniz münasibətilə təbriklərimi qəbul edin. Sizin inamlı qələbəniz ölkənin sosial-iqtisadi inkişafına dair təklif etdiyiniz proqramı dəstəkləməyə hazır olduğunu bildirmiş seçicilərin Sizə yüksək etimad bəslədiyinə sübutdur. Bu gün respublikanın xalqı ölkənin son illərdə qazandığı bütün nailiyyətlərin qorunub saxlanmasında Sizə ümid bəsləyir.
Əminəm ki, Siz çox hörmətli Heydər Əlirza oğlunun xəttini davam etdirəcək və ölkənizin inkişafı və tərəqqisi üçün bütün işləri görəcəksiniz.
İcazə verin, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə Azərbaycan Respublikası ilə Tatarıstan Respublikası arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi işində Sizin dəstəyinizə ümid bəslədiyimi də bildirim.
Sizə dövləti fəaliyyətinizdə uğurlar, cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə sabitlik, tərəqqi və firavanlıq arzulayıram.
Hörmətlə,
Mintimer Şaymiyev
Tatarıstan Respublikasının Prezidenti
Kazan, 17 oktyabr 2003-cü il.