AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, yüksək vəzifəyə - Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi Rusiya Avrasiya Partiyası - Vətənpərvərlər İttifaqının Siyasi Şurası, Müşahidə Şurası adından və şəxsən öz adımızdan səmimiyyətlə təbrik edək.
Prezident seçkilərində Sizin inamlı qələbəniz Azərbaycan cəmiyyətində yüksək hörmət və nüfuza malik olduğunuzu bir daha sübut edir. Biz Sizi dövlətlərimiz arasında dostluğun və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün böyük qüvvə və enerji sərf edən beynəlxalq miqyaslı siyasi xadim kimi tanıyırıq. Bütün bunlar Sizə ölkələrimizin xalqları arasında nüfuz qazandırmışdır.
Hörmətli cənab Baş nazir, Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmlənməsi naminə fəaliyyətinizdə Sizə böyük uğurlar, habelə möhkəm cansağlığı və firavanlıq arzulayırıq.
Hörmətlə,
Pavel Borodin
Rusiya Avrasiya Partiyası - Vətənpərvərlər
İttifaqı Müşahidə Şurasının sədri
Əbülvahid Niyazov
Rusiya Avrasiya Partiyası - Vətənpərvərlər
İttifaqı Siyasi Şurasının sədri, Rusiya
Dövlət Dumasının deputatı
Moskva, 17 oktyabr 2003-cü il.