AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri! Çox hörmətli İlham Heydər oğlu! Azərbaycan Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Əminəm ki, respublikanın rifahı naminə, onun tərəqqisi və firavanlığının həmişə artması naminə Sizə etibarlı rəhbər kimi etimad göstərmiş Azərbaycan sakinlərinin xoş həyatı üçün bütün səylərinizi, istedadınızı sərf edəcəksiniz. Əminəm ki, atanızın - Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin işini və xalqa xidmətini davam etdirəcəksiniz. Mən ona sağalmağı və uzun ömür arzulayıram. Çox hörmətli İlham Heydər oğlu, Sizi xalqa xidmət etmək kimi çətin və məsul vəzifə gözləyir. Qoy, Ulu Tanrı bu işdə Sizə yar olsun, mənəvi və fiziki qüvvələrinizi möhkəmləndirsin və artırsın, müdriklik versin və nəcib işlərinizə xeyir-dua versin. Atanız Heydər Əliyevin şəhərətrafı iqamətgahda təşkil etdiyi qəbulda Sizinlə tanışlığımı səmimiyyətlə xatırlayıram. Dərin hörmətlə, Aleksi Moskvanın və Bütün Rusiyanın Patriarxı Moskva, 20 oktyabr 2003-cü il.