Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVANIN ÇIXIŞI

- Hörmətli xanımlar və cənablar!

Hörmətli dostlar!

Mən Sizin hamınızı bu axşam görməkdən şadam. Birləşmiş Ştatlarda yenidən olmağımdan çox məmnunam. Birləşmiş Ştatlarda olduğum zaman mənə olduqca xoş qonaqpərvərlik göstərilmişdir və mən həmin qonaqpərvərliyə görə bütün dostlarımıza minnətdarlığımı bildirmək istəyirəm.

Mən bu tədbiri təşkil etdiyinə görə ABŞ-Azərbaycan Ticarət Palatasına xüsusi təşəkkürümü ifadə etmək istəyirəm. 1995-ci ildə yarandığı vaxtdan etibarən Ticarət Palatası ölkələrimiz arasında tərəfdaşlığın inkişafına yardım etmiş və Azərbaycanın Birləşmiş Ştatlarda daha yaxşı tanınmasını təşviq etmişdir.

Uzun illər ərzində Palata bir çox tədbirlərə sponsorluq etmiş və saysız-hesabsız sərgilərin, konfransların və humanitar layihələrin təşəbbüskarı olmuşdur. Onun Harvard Universitetində Xəzər Araşdırmaları proqramı kimi təhsil layihələri gənc Azərbaycan peşəkarları və tələbələri üçün yeni üfüqlər açmışdır. Bütün bu uğurlu işlər barədə məlumatım var və Palatanın nailiyyətlərini alqışlayıram.

Hörmətli dostlar, dövlətlərimiz arasında bu cür güclü əlaqələrin qurulması təqdirəlayiq haldır. Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf etmişdir. Amerika Birləşmiş Ştatları enerji layihələrimizdə bizim böyük tərəfdaşımızdır. Biz bir çox çətinliklərlə üzləşmişdik, lakin dünyada ən böyük enerji layihəsi hesab edilən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilməsinə birgə nail olduq.

Azərbaycan antiterror koalisiyasının üzvüdür və əsgərlərimiz amerikalı həmkarları ilə çiyin-çiyinə sülhün bərqərar olması naminə İraq, Əfqanıstan və Kosovoda qulluq edirlər. Biz eyni zamanda siyasi islahatlar, demokratiyanın inkişafı və insan hüquqlarının qorunması sahəsində də Birləşmiş Ştatlarla əməkdaşlıq edirik. ABŞ Konqresinin çox sayda nümayəndə heyəti ölkəmizə səfər etmişdir. Həmin səfərlər ikitərəfli münasibətlərimizin inkişafında mühüm rol oynamışdır.

Böyük dövlət xadimi və Azərbaycanın səmimi dostu senator Luqarın bu yaxınlarda Bakıya səfəri əlaqələrimizin genişləndirilməsində atılmış mühüm addım oldu.

Azərbaycan-Amerika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi hesab edirəm ki, əlaqələrimizin daha da sıxlaşdırılması böyük əhəmiyyət kəsb edir və əminəm ki, mənim parlament üzvləri ilə birgə Vaşinqtona səfərim həmin məqsədə xidmət edəcəkdir.

Bu gün Azərbaycan öz inkişafının mühüm mərhələsindədir. İqtisadiyyatımız sürətlə artır. Bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatı 2005-ci ildə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı kimi qiymətləndirilmişdir və biz 2006-cı ildə də bu göstəricinin qorunub saxlanılmasına çalışacağıq.

Ölkəmizin müxtəlif regionları inkişaf etməkdədir. Son üç il ərzində 500 min yeni iş yeri açılmışdır. Mən Prezidentlə birgə ölkənin bir çox yerlərinə səfər edirəm və bütün bu dəyişiklikləri görməkdən çox məmnunam və fərəh hissi keçirirəm. Yeni məktəblər, xəstəxanalar, uşaq bağçaları, idman mərkəzləri inşa edilməkdədir. Yeni sənaye və kənd təsərrüfatı müəssisələri açılmaqdadır. Yeni yollar çəkilir.

Bu gün biz gənclərimizin təhsilinə xüsusi diqqət yetiririk. Son üç il ərzində 735 orta məktəb binası tikilmişdir. Ötən ay Azərbaycan Prezidenti gənc istedadlı azərbaycanlıların xaricdə təhsil alması üçün tələbə təqaüdlərinin artırılması ilə bağlı Dövlət proqramı haqqında fərman imzalamışdır. Bu, hökumətin neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna sərf edilməsi strategiyasının bir hissəsidir. Hesab edirəm ki, təhsilimizə, gələcəyimizə və yeni nəsillərə sərmayə qoymaq ən münasib sərmayə formasıdır.

Ümid edirəm ki, tələbələrin böyük hissəsi təhsil üçün Amerikaya gələcəkdir. Təhsilin dəstəklənməsi Heydər Əliyev Fondunun fəaliyyətində əsas prioritetlərdən biridir. Heydər Əliyev Fondu mədəniyyət, səhiyyə, təhsil və elm sahələrində layihələri dəstəkləmək məqsədi ilə 2004-cü ilin may ayında yaradılmışdır.

Son illər ərzində Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Talassemiyasız həyat”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Kor və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi” kimi layihələri həyata keçirmişdir. Təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı proqramlarımız çərçivəsində 200-dən çox məktəb tikilmiş, lazımi avadanlıqla təchiz olunmuş və kompyuterləşdirilmişdir. Həmin məktəblərdən bir neçəsi ən ucqar kəndlərdə yerləşir.

Fəaliyyətimizin xüsusi bir hissəsi uşaq evlərində yaşayan uşaqların qayğısına qalmaqdan ibarət olmuşdur. Onların yaşadığı yerlər müasirləşdirilmiş, kompyuterlərlə təchiz olunmuşdur və orada kitabxanalar yaradılmışdır. Biz ailəsiz qalmış uşaqlara yardım göstərmək üçün YUNİSEF ilə birgə çalışırıq. Səhiyyə sahəsinə gəldikdə isə, Heydər Əliyev Fondu tibbi xidmətə ehtiyacı olan 2500-dən çox insana kömək etmişdir. Diabet və qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım göstərmək məqsədi ilə xüsusi proqram həyata keçirilir. Biz görmə problemləri olan şəxslər üçün xüsusi təhsil mərkəzinin tikilməsindən ötrü BMT-nin İnkişaf Proqramı ilə birgə layihəni həyata keçiririk.

Fondumuz milli mədəni irsimizin qorunmasına xüsusi diqqət yetirir. Bir çox tarixi və mədəniyyət abidələri Fondun fəaliyyəti sayəsində bərpa olunmuşdur. Bildiyiniz kimi, muğam Azərbaycanın qədim folklor musiqisidir və bu məqsədlə biz Fondun təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə Bakıda Beynəlxalq Muğam Mərkəzi tikirik. Tarixi və mədəniyyət abidələrinin qorunması ölkəmiz üçün bir də ona görə vacibdir ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır. Həmin ərazilərdə minlərlə tarixi, mədəniyyət abidələri və dini abidələr işğalçı qüvvələr tərəfindən məhv edilmişdir. Ölkəmizdə bir milyon qaçqın və məcburi köçkün var və onların müəyyən hissəsi hələ də çadır düşərgələrində yaşayır. Biz bu faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqda səylərimizi davam etdiririk.

Heydər Əliyev Fondu özünün beynəlxalq fəaliyyətini genişləndirir. Son illər ərzində biz YUNESKO, Vaşinqton Elmlər Akademiyası, Latın Mədəniyyəti Akademiyası ilə birgə bir neçə beynəlxalq konfranslar təşkil etmişik. Bir çox ölkələrin, o cümlədən Birləşmiş Ştatların tanınmış alimləri həmin tədbirlərdə iştirak etmişlər. Bizim çox faydalı müzakirələrimiz oldu. Ümid edirəm ki, biz birgə layihələri davam etdirəcəyik. Bir sözlə, Fondumuz beynəlxalq təşkilatlar və fondlar ilə əməkdaşlıq etmək arzusundadır və buna hazırdır.

Hörmətli dostlar, Azərbaycan olduqca zəngin mədəni irsə və ənənələrə malik olan qədim diyardır. Uzun əsrlər boyu ölkəmiz Qərblə Şərq arasında körpü olmuşdur. Biz öz müxtəlifliyimizdən fərəhlənirik. Bu gün bizim çoxmilli və çoxdinli cəmiyyətimiz var və burada müsəlmanlar, xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri yan-yana, anlaşma şəraitində bir ailədəki kimi yaşayırlar. Biz dözümlülük, ləyaqət, digər mədəniyyətlərə hörmət, ailəyə sadiqlik, uşaq və yaşlılara qayğı kimi dəyərlərimizi vacib hesab edirik. Bütün bu dəyərlər həmçinin Amerikanın da dəyərləridir. Ona görə də hesab edirəm ki, Birləşmiş Ştatlar ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq bizim ümumi uğurumuz üçün olduqca vacibdir. Dialoq vasitəsilə biz bir çox işlər görə və bir-birimizi daha yaxşı başa düşə bilərik və nəhayət, uzun müddətli əlaqələrimizi qura bilərik.

Sonda, mən göstərilmiş qonaqpərvərliyə və sizinlə görüşmək imkanının yaradılmasına görə ABŞ–Azərbaycan Ticarət Palatasına bir daha öz minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, sizin hamınız, Azərbaycanın dostları Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin möhkəmləndirilməsində səylərinizi davam etdirəcəksiniz. Bir daha sağ olun. Mən sizə və ailələrinizə ən xoş arzularımızı çatdırıram.

Diqqətinizə görə minnətdaram.

(Azərbaycanın birinci xanımının çıxışı diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

CEYMS BEYKER: Xanım Əliyeva, sağ olun.

İndi isə, mən məmnuniyyətlə birinci xanıma Palatanın “2006-cı ilin Xoşməramlı səfiri” mükafatını təqdim etmək istəyirəm. Biz bu mükafatı dövri olaraq veririk və ötən dəfə bu mükafat artıq təqdim edilmişdir. Mükafatın verilməsi Birləşmiş Ştatlar ilə Azərbaycan arasında xoş məramın təşviq olunmasına dəlalət edir. Təbii ki, birinci xanım mədəniyyət, təhsil, xeyriyyəçilik sahəsində işlərinə görə bu mükafatla təltif olunur. Mən digər həmsədrlə birgə “Xoşməramlı səfir” mükafatını xanım Əliyevaya məmnuniyyətlə təqdim etmək istəyirəm.

MEHRİBAN ƏLİYEVA: Bu cür yüksək mükafata görə minnətdaram. Mən Azərbaycanın zəngin mədəni irsi haqqında danışdım. Bu gün axşam bizim gənc və istedadlı azərbaycanlıların səhnədə çıxışlarını dinləmək imkanımız olacaqdır. Əminəm ki, siz bundan həzz alacaqsınız. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib