AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
31-də Məzahir Pənahovun sədrliyi ilə Azərbaycan Respublikasının Mərkəzi Referendum Komissiyasının səlahiyyətlərini yerinə yetirən Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
İclasda dairə və məntəqə seçki komissiyaları protokollarının nümunələri müzakirə edilmişdir.
Komissiya Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 4 saylı Babək-Şahbuz dairə seçki komissiyasının üzvü Ə.İbrahimovun, 35 saylı Lənkəran şəhər dairə seçki komissiyasının üzvü M.Abbasovun, 36 saylı Lənkəran kənd dairə seçki komissiyasının üzvü N.Kərimovun, 47 saylı Ağdam şəhər dairə seçki komissiyasının üzvü H.Hüseynovun, 66 saylı Zaqatala-Balakən dairə seçki komissiyasının üzvü T.İbrahimovun komissiya üzvlüyündən azad edilmələri və onların yerinə Z.Ələkbərovun 4 saylı Babək-Şahbuz, H.Sadıqovun 35 saylı Lənkəran şəhər, D.Dadaşovun 36 saylı Lənkəran kənd, R.Əhmədovun 47 saylı Ağdam şəhər, D.Qarayevin 66 saylı Zaqatala-Balakən dairə seçki komissiyasının üzvü təyin olunması haqqında qərar çıxarmışdır.
İclasda həmçinin Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 8 saylı Yasamal-Nəsimi dairə seçki komissiyasının üzvü V.Abdulxalıqovun, 26 saylı Nəsimi birinci dairə seçki komissiyasının üzvü H.Məmmədovun, 41 saylı Şuşa-Xocalı-Xocavənd, Tərtər və Kəlbəcər dairə seçki komissiyasının üzvü N.Quliyevin komissiya üzvlüyündən azad edilmələri qərara alınmışdır. Müvafiq olaraq C.Bağırovun 8 saylı Yasamal-Nəsimi, N.Əliyevin 10 saylı Xətai ikinci, M.Sultanovun 26 saylı Nəsimi birinci, O.Bağırovanın 41 saylı Şuşa-Xocalı-Xocavənd, Tərtər və Kəlbəcər dairə seçki komissiyasının üzvü təyin edilmələri barədə qərar qəbul olunmuşdur.
İclasda Rusiya Federasiyasının, Amerika Birləşmiş Ştatlarının və İsrailin Bakıdakı səfirliklərinin, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti