AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hazırda Azərbaycanda həyata keçirilən ən qabaqcıl layihələrdən birinin – ChevronTexaco-nun iştirakı ilə yarımdalma qazma qurğusunun tikintisinin başa çatması ilə əlaqədar ChevronTexaco Korporasiyası adından Sizi təbrik etməkdən məmnunluq duyuram.
ChevronTexaco hazırda Xəzər regionunda ən güclü sayılan bu qurğunun tikintisinə layihə üzrə tərəfdaşlarımız olan EksonMobil, Total, ConocoPhillips şirkətləri ilə birlikdə və ARDNŞ-in tam dəstəyi ilə xeyli vəsait qoymuşdur. Maersk Contractors şirkəti və əsas podratçı olan Keppel FELS şirkəti texniki cəhətdən mürəkkəb qurğunu vaxtında və qüsursuz təhvil verməklə əhəmiyyətli iş görmüşlər. Bu qurğu Xəzər dənizinin Azərbaycan sektorunda, o cümlədən onun ən dərin hissələrində gələcəkdə aparılacaq kəşfiyyat işləri üçün gözəl imkanlar açır.
Əminəm ki, bu yaxınlarda keçiriləcək adqoyma mərasimində qurğuya xeyir-dua veriləcəkdir.
Bu əlamətdar və mühüm hadisə ilə əlaqədar təbriklərə bir daha böyük məmnuniyyətlə qoşulur və yeni qurğuya Azərbaycanın zəngin potensial karbohidrogen ehtiyatlarının kəşfiyyatında təhlükəsiz və uğurlu əməliyyatlar arzulayıram.
Səmimiyyətlə,
Qay Hollinqsuort
ChevronTexaco şirkətinin
icraçı direktoru
Almatı, 18 iyul 2003-cü il.