RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Cənab Prezident,
Azərbaycanın mayın 28-də qeyd etdiyi Respublika günü münasibətilə Sizə və xalqınıza öz adımdan və eyni zamanda, xalqımın adından səmimi təbriklərimi bildirirəm.
Azərbaycan və Almaniya arasında münasibətlər yaxşı inkişaf edir. Almaniya Sizin Avropa dəyərlərini və hüquq prinsiplərini qəbul etməyinizi dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə gələcəkdə də var gücü ilə səy göstərəcəkdir.
Mən Azərbaycan Respublikasına və Azərbaycan xalqına gözəl gələcək arzulayıram.
Sizin,
Horst Köler Almaniya Federativ Respublikasının
Prezidenti