Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ İLHAM HEYDƏR OĞLU ƏLİYEVƏ

Əziz və möhtərəm cənab Prezident!

Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətinizin bir ilinin tamam olması və dövlət müstəqilliyimizin 13-cü ildönümü münasibətilə Milli Məclisin deputatları adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ümummilli liderimiz Heydər Əliyevin ərməğanı olan müstəqil Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi naminə gördüyünüz nəhəng işlərdə Sizə yeni-yeni uğurlar arzulayıram!

İstiqlaliyyətin 13 illiyini qeyd edərkən xalqımızın azad, müstəqil, suveren dövlətini qurmaq üçün keçdiyi yola, bu yolda qarşılaşdığı çətinlikilərə, qazandığı nailiyyətlərə bir daha nəzər salırıq. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə dahiyanə idarəçilik qabiliyyəti və gərgin zəhməti sayəsində ölkəmiz iqtisadiyyatda, elmdə, mədəniyyətdə, təhsildə - həyatın bütün sahələrində coşğun tərəqqi dövrü yaşadı. Azərbaycan qısa müddət ərzində əsrə bərabər inkişaf yolu keçdi. Ümummilli liderimizin yaratdığı əlverişli şərait cəmiyyətin potensial qüvvəsini hərəkətə gətirdi, bunun nəticəsində xalqımızın milli mənlik şüurunda böyük oyanış baş verdi. Məhz həmin dövrdə Heydər Əliyevin uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradıldı.

XX əsrin sonlarında xalqımız yenidən istiqlaliyyətinə qovuşduqdan sonra məhz Heydər Əliyevin dühası və iradəsi sayəsində bu müqəddəs neməti qoruyub saxlaya bildi. Dövlətçiliymizin müqəddəratının həll edildiyi, azadlığımızın və müstəyqilliyimizin müdhiş təhlükə ilə üzləşdiyi 1993-cü ilin vahiməli iyun günlərində xalqın təkidi ilə ümummilli liderimizin ölkə rəhbərliyinə qayıdışı uçurumun bir addımlığında olan Azərbaycan Respubilkasını məhv olmaq fəlakətindən xilas etdi. Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində dövlətimiz düynanın siyasi xəritəsindən silinmək təhlükəsindən, XX əsrin əvvəllərində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin aqibətindən qurtuldu, öz dövlətçiliyini qoruyub saxlamaq iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirdi.

Hakimiyyətə tarixi qayıdışından sonra ümummilli liderimizin uzaqgörənlik və müdrikliklə həyata keçirdiyi siyasət Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz etmişdir. Ölkəmizdə geniş miqyaslı islahatlar aparılmış, demokratik, hüquqi, dünyəvi dövlət qurulmuşdur. Vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsipləri bərqərar edilmiş, qanunun aliliyi, insan və vətəndaş hüquqlarının qorunması, söz, fikir azadlığı, siyasi plüralizm təmin olunmuşdur.

Yeni neft və iqtisadi inkişaf strategiyası hazırlanmış, Xəzər dənizinin Azərbaycan sektorunda enerji ehtiyatlarının işlənilməsinə dair 20-dən çox saziş imzalanmışdır. İqtisadi tənəzzüldən ardıcıl inkişafa keçid baş vermişdir. Ölkəmiz nəhəng iqtisadi layihələrin təşəbbüsçüsü və iştirakçısı olmuş, tarixi İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsi layihələrinin hərəkətverici qüvvəsinə çevrilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü əsasında sülh yolu ilə nizama salınmasına dair danışıqlara başlanılmışdır. Xalqımızın haqq işinin dəstəklənməsinə nail olmaq üçün dünya miqyasında lazımi tədbirlər görülmüş, ölkəmiz beynəlxalq aləmdə layiq olduğu yerini tutmuşdur. Azərbaycan Respublikası bir çox nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin, ATƏT-in, Avropa Şurasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, İqtisadi Əməkdaşlıq Təşkilatının bərabərhüquqlu üzvü, GUÖAM regional qurumunun təşəbbüsçüsü və fəal iştirakçısı olmuşdur.

Bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 13-cü ildönümünü qarşılayarkən xalqımız bütün ömrünü Azərbaycan dövlətinin qorunmasına, möhkəmlənməsinə və inkişafına həsr etmiş, tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmış Heydər Əliyevin misilsiz xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayır. Onun dünya siyasət xəzinəsinə daxil olmuş altmış illik möhtəşəm fəaliyyəti Azərbaycan xalqının əsrlər boyu ürəyində yaşatdığı müstəqil dövlətçilik arzusunun gerçəkliyə çevrilməsində müstəsna rol oynamışdır.

Möhtərəm cənab Prezident!

Bu günlər ölkəmizin siyasi həyatında baş verən ən əlamətdar hadisələrdən biri də Sizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətinizin bir ilinin tamam olmasıdır. Ötən il oktyabrın 15-də xalqımız prezident seçkilərində Sizə səs verməklə Azərbaycanı xoşbəxt gələcəyə aparan Heydər Əliyev siyasi xəttinin davam etdirilməsinə tərəfdar olduğunu bildirmişdir. Azərbaycanın demokratik inkişafında yeni mərhələnin başlanğıcını qoyan bu tarixi hadisə son 10 ildə keçdiyimiz inkişaf yolunun məntiqi davamı olub müasir dövrdə dövlətimiz üçün həyati əhəmiyyət daşıyan siyasi varisliyi təmin etmişdir.

Prezident seçkilərindən ötən bir il tarix üçün çox qısa müddət olsa da, Sizin rəhbərliyinizlə ölkəmizdə görülmüş işlərin miqyası və sanbalı əminliklə söyləməyə imkan verir ki, ümummilli liderimiz Heydər Əliyevin yaratdığı möhkəm və sarsılmaz təməl üzərində tərəqqi edən Azərbaycan Respublikası yaxın gələcəkdə bölgənin ən qüdrətli dövlətinə çevriləcəkdir. Dövlət başçısı vəzifəsində Sizin həyata keçirdiyiniz layihələr ölkəmizin siyasi, iqtisadi, sosial və mədəni həyatında islahatları uğurla davam etdirməyə imkan yaradır. Regionlarımızın sosial-iqtisadi inkişafına yönəldilən düşünülmüş tədbirlər görülür, ölkəmizin iştirak etdiyi nəhəng transmilli iqtisadi layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsi layihəsi uğurla davam etdirilir. Sənayeyə, kənd təsərrüfatına, iqtisadiyyatın digər sahələrinə böyük diqqət yetirilir. Azərbaycan xalqının rifah halının yüksəldilməsi, yeni iş yerlərinin açılması, əmək haqlarının, müavinətlərin və pensiyaların artırılması, elmə, ədəbiyyata, incəsənətə, idmana qayğı göstərilməsi böyük rəğbətlə qarşılanır.

Sizin xarici ölkələrə etdiyiniz səfərlər, dövlət başçıları ilə, siyasi xadimlərlə apardığınız səmərəli danışıqlar Azərbaycanın dünya miqyasında mövqelərini daha da möhkəmləndirməyə kömək göstərir, haqq işimizin dəstəklənməsinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına təminat yaradır.

Möhtərəm cənab Prezident!

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi, onun ideyalarının yaşadılması naminə gördüyünüz işlər Sizə xalqın məhəbbətini qazandırmışdır. Xalqımız Sizi sevir və Sizin ətrafınızda sıx birləşmişdir. Biz inanırıq ki, Sizə xas olan siyasi səriştə, qətiyyət və əzmkarlıq sayəsində ümummilli liderimiz Heydər Əliyevin yolunu bundan sonra da uğurla davam etdirəcək, müstəqil dövlətimizin qarşısında dayanan bütün problemlərin həllinə nail olacaqsınız.

Əziz Prezident!

Sizi Prezidentlik fəaliyyətinizin bir illiyi və Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 13-cü ildönümü münasibətilə Milli Məclisin deputatları adından və şəxsən öz adımdan bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, dövlətimizin və xalqımızın xoşbəxt gələcəyi naminə dəyərli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!

Dərin ehtiram hissi ilə,

Azərbaycan Respublikasının

Milli Məclisi adından

Milli Məclisin sədri

Murtuz Ələsgərov

(Təbrik Azərbaycan Respublikası Milli Məclisinin 2004-cü il

15 oktyabr tarixli iclasında qəbul edilmişdir).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH