AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏDƏKİ SƏFİRLİYİNİN BƏYANATI
Son günlərdə “Yeni Müsavat” qəzeti səfirliyimizə qarşı böhtan kampaniyası apararaq, məntiqə və ağla sığmayan yalanlar yazmaqdadır.
Bununla əlaqədar aşağıdakıları qeyd etmək istərdik. Türkiyə 700 ildən artıq dövlətçilik ənənəsi olan böyük, dövlət protokol qaydalarına ciddi riayət edən demokratik bir dövlətdir. Burada heç bir şəxs, heç bir təşkilat mövcud protokol qaydalarını poza və ölkədə kiminsə səfərini əngəlləyə bilməş.
Müsavat partiyasının sədri İ.Qəmbəri Ankaraya dəvət edən “dövlətin səlahiyyətli orqanları” deyil, Türkiyədə qeydiyyatdan keçmiş 13 minə yaxın fond və dərnəklərdən biri və haqqında respublika prokuroru tərəfindən cinayət işi qaldırılmış “Türkiyə Demokratiya Vəqfi” adlı ictimai təşkilatdır.
“Yeni Müsavat” qəzetinin bu yazılarında Türkiyə dövlətinin səlahiyyətli orqanlarının, Prezidentin, baş nazirin, ordu mənsublarının adlarının hallandırılması yolverilməzdir, böhtandır və biz bunu şiddətlə qınayırıq.
“Yeni Müsavat” qəzetinin bu qeyri-rəsmi şəxsi səfərin əvvəlkilər kimi uğursuzluqla nəticələnəcəyini bilərək, səfirliyimizə böhtan atması əbəsdir. Türkiyədə heç bir nüfuzu olmayan dərnək və vəqflərin himayəsində keçirilən ziyarətlərin yüksək səviyyədə olması mümkün deyildir.
Bu yollarla bir siyasi partiyanın sədrini Türkiyədə “favorit” kimi qələmə vermək cəhdi isə faydasız və mənasızdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]