Azərbaycan Rusiyanın Vladimir şəhərində keçiriləcək V Beynəlxalq “Ayna” kinofestivalında iki filmlə təmsil olunacaqdır
Azərbaycan bu mötəbər kinofestivalda tanınmış sənədli filmlər rejissorları Şamil Əliyevin və Ziya Şıxlinskinin ekran əsərləri ilə təmsil olunacaqdır.
Rejissor Şamil Əliyev AZƏRTAC-a bildirmişdir ki, Azərbaycanın milli bayramı - 28 May Respublika Günü ərəfəsində, mayın 27-də festivalın bir günü ölkəmizə həsr olunacaqdır. Həmin gün “Azərbaycan kinosu günü” devizi altında əvvəlcə Şamil Əliyevin indiyədək bir çox beynəlxalq kinofestival və müsabiqələrdə müvəffəqiyyətlə nümayiş etdirilərək sanballı mükafatlar qazanmış “Azərbaycan xalçası” (“Azerbaydjanskiy kovyor”) sənədli filmi göstəriləcəkdir. Daha sonra Beynəlxalq festivalın iştirakçıları Ziya Şıxlinskinin Azərbaycanın Xalq Rəssamı Tahir Salahova həsr etdiyi “Ürəyi ilə çəkən rəssam” (“Xudojnik, risuyişiy serdsem”) sənədli filminə baxacaqlar.
Ənənəyə uyğun olaraq hər ilin aprelində - rejissor Andrey Tarkovskinin ad günündə “Ayna” Beynəlxalq kinofestivalının startı verilir və may ayında İvanovsk vilayətində başa çatır. Kinovestivalın proqramına daxil edilən yaradıcılıq görüşlərini, Andrey Tarkovski ilə bağlı sərgilərin açılışını və filmlərin təqdimatını əsas hadisələrlə zəngin may kinofestivalının epiqrafı hesab etmək olar.
Bu il, necə deyərlər, ənənə pozulmuş və V “Ayna” Beynəlxalq kinofestivalının Vladimirdə keçirilməsi qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]