İQTİSADİYYAT
Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə marka çap olunmuşdur
![Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə marka çap olunmuşdur](/files/2013/2/1200x630/14071446812251715283_1200x630.jpg)
Bakı, 25 iyun (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti iyunun 26-dan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” suvenir poçt blokunu dövriyyəyə buraxacaqdır.
Blok üzərində Azərbaycan Ordusunun sərəncamında olan müxtəlif hərbi texnika əks olunmuşdur.
Blokun tirajı 20 min, nominal dəyəri 1 manat təşkil edir.