SİYASƏT
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri İsveçdə keçiriləcək “STANAG 6001” konfransında iştirak edəcəklər
Bakı, 5 sentyabr (AZƏRTAC). Sentyabrın 6-da İsveçin paytaxtı Stokholmda “STANAG 6001” testləri ilə bağlı konfrans keçiriləcəkdir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Fərdi Tərəfdaşlıq Planından (FTP) əlavə təşkil olunmuş tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
Konfrans sentyabrın 8-də başa çatacaqdır.