Azərbaycan taekvondoçuları beynəlxalq turniri dörd medalla başa vurublar
Bakı, 10 mart, AZƏRTAC
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən ənənəvi “ Fajr Open” G-2 kateqoriyalı beynəlxalq turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışın son günündə iki idmançımız mübarizəyə qoşulub. Cavad Ağayev (68 kq) və Radik İsaev (87+ kq) yalnız final görüşlərində məğlub olaraq gümüş medal qazanıblar.
Beləliklə, taekvondoçularımız beynəlxalq turniri 4 (3 gümüş, 1 bürünc) medalla başa vurublar. Bundan əvvəl iki qadın taekvondoçumuz fərqlənmişdi. Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (53 kq) isə bürünc medala sahib olublar.