Azərbaycan taekvondoçusu dünya oyunlarında bürünc medal qazanıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Böyüklərdən ibarət taekvondo üzrə Azərbaycan milli komandasının üzvü Radik İsayev Koreya Respublikasının Munqyeonq şəhərində təşkil olunan hərbiçiləri VI dünya oyunlarında medal qazanıb.
AZƏRTAC xəbər verir ki, yarışda 87 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan birinci Avropa Oyunlarının çempionu fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Dünya çempionumuz əvvəlcə Ruy Yanqı (Çin), ardınca Ruslan Japarovu (Qazaxıstan) məğlub etsə də yarımfinalda almaniyalı Volker Vodzixə 3:5 hesabı ilə uduzub. Lakin bürünc medal uğrunda görüşdə rusiyalı Yuri Kiriçenkoya qalib gələn R.İsayev mükafatçılar sırasında yer alıb.
Dünya oyunları oktyabrın 11-də yekunlaşacaq.